19:17 / 14-10-2025
Antimon Tacikistanı Avropanın diqqət mərkəzinə gətirib - Fotolar
19:04 / 14-10-2025
Metroda izdiham yaranıb, saatlardır kart işləmir
19:03 / 14-10-2025
İlham Əliyev Sülh Sammiti ilə bağlı növbəti paylaşım edib
18:01 / 14-10-2025
Sabiq icra başçısı vəfat edib
17:53 / 14-10-2025
Nazirliyin səlahiyyətlərindən biri ləğv edilib - Sərəncam
17:37 / 14-10-2025
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
17:35 / 14-10-2025
Hərbi ekspert: ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək
17:06 / 14-10-2025
Sabiq icra başçısının həbs müddəti uzadılıb
17:02 / 14-10-2025
Keçmiş koordinator və xanımı casusluqda ittiham olunur
16:51 / 14-10-2025
Akademiyaya rektor təyin edilib
16:37 / 14-10-2025
Ermənistanda yeni müxalifət yaranır - “Bizim yol” Paşinyanı devirə biləcək?
16:22 / 14-10-2025
Tramp: Orbanı 100 faiz dəstəkləyirəm
16:15 / 14-10-2025
Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib) - Fotolar
16:14 / 14-10-2025
İlham Əliyev İslam İnkişaf Bankı ilə bağlı qanunu imzalayıb
16:09 / 14-10-2025
Enerji problemi Avropanı narahat edir
15:57 / 14-10-2025
Ticarət müharibəsi dəniz nəqliyyatına da sirayət edib
15:38 / 14-10-2025
Azərbaycan əhalisi artıb
15:29 / 14-10-2025
Azərbaycanda kərə yağı bahalaşıb
15:06 / 14-10-2025
Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizində - Foto
14:57 / 14-10-2025
Deputatlar daha 6 məsələni müzakirəyə çıxaracaq
14:41 / 14-10-2025
Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb
14:35 / 14-10-2025
Xocalının Təzəbinə kəndinə növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:21 / 14-10-2025
Ramil Həsənin deputat fəaliyyətinə sabah xitam veriləcək
14:17 / 14-10-2025
Əli Əsədov taksilərə bağlı qərar imzalayıb
14:02 / 14-10-2025
İrandan PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
13:07 / 14-10-2025
Agentliyin işçiləri "Sədərək"də döyülüb
13:01 / 14-10-2025
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
12:43 / 14-10-2025
“Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc həbs olunub
12:38 / 14-10-2025
Tramp: Ərdoğanla anlaşa bilirəm, ona Rusiyada da hörmət edirlər
11:37 / 10-10-2025

00:42 / 11-10-2025

23:11 / 11-10-2025

21:50 / 09-10-2025

00:12 / 10-10-2025

22:29 / 10-10-2025

09:42 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

08:51 / 10-10-2025

Ərdoğanın rişxəndə səbəb olan qərarı
Tarix: 26-01-2019 19:17 | Bölmə: Xəqani CƏFƏRLİ

Venesuelada Nikolas Maduronun hakimiyyəti mənimsəməsi ilə barışa bilməyən yüzminlərlə insanın küçələrə çıxması və ölkə parlamentinin spikeri Xuan Quaydonun özünü prezident elan etməsi yeni siyasi gərginliyə səbəb olub. ABŞ, Braziliya, Argentina, Paraqvay, Peru, Panama, Kolumbiya, Çili, Ekvador, Kosta-Rika, Honduras, Qvatemala, Albaniya və Gürcüstan Xuan Quaydonu müvəqqəti dövlət başçısı kimi tanıyıb. Fransa prezidenti Emmanuel Makron isə demokratiyanın bərpasını müdafiə edən açıqlama ilə çıxış edib.
ABŞ Maduroya ölkəni tərk etməsi müqabilində təhlükəsizlik vədi verib. Əks halda Venesuelanın neft satışına embarqo qoyacağı, xarici banklarda dondurulmuş neft pullarını müvəqqəti prezident Quaydonun sərəncamına verəcəyi ilə hədələyib. Hətta ABŞ və Braziliya Venesuelada diktatorun qətliam törətməsinə imkan verməmək üçün hərbi gücdən istifadəni də bəyan ediblər.
Yuxarıda sadaladığımız dövlətlərdən fərqli olaraq, Rusiya, Kuba, Suriya, İran, qondarma Cənubi Osetiya Respublikası və Ərdoğan Türkiyəsi Maduronun müdafiəsinə qalxıb. Ərdoğanın Maduro ilə telefon danışığı zamanı “Qardaşım Maduro, möhkəm dayan, Türkiyə səninlədir!”,- deməsi həqiqətən rişxəndə layiqdir. Ərdoğanın əsas məsləhətçisi olan İbrahim Qalın isə Tvitterdə #WeAreMADURO haştaqını yayaraq Venesuela xalqı tərəfindən rədd edilən diktatora dəstək və rəğbətlərini nümayiş etdirib.
Venesuelada baş verən proseslərlə bağlı rəsmi Ankaranın tərəqqipərvər dünya ilə birlikdə deyil, Rusiya, Kuba, Suriya, İran, qondarma Cənubi Osetiya Respublikası ilə bir cəbhədə yer alması Türkiyənin dünayadakı imicinə ağır zərbədir. Türkiyənin avtoritar prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi isə hətta Maduronu müdafiə edən Rusiya mətbuatında da rişxəndlə qarşılanıb. Venesuelada Rusiyanın çox ciddi siyasi, hərbi və iqtisadi maraqlarına, bu Latın Amerikası ölkəsində Moskvanın 17 milyard dollarlıq kredit və sərmayəsinin olmasına baxmayaraq, Putin Ərdoğan kimi rişxənd doğuran açıqlama ilə çıxış etməyib.
Venesuelada 70 milyard dollardan artıq sərmayə və krediti olan Çinin neytral mövqeyi ilə Türkiyənin rişxənd doğuran mövqeyi isə ümumiyyətlə, müqayisə oluna bilməz. Rusiya hətta Maduronu ölkədə yaranmış iqtisadi böhrana məsul şəxs kimi də qeyd etməkdən çəkinmir. Moskva yalnız xarici təsir və müdaxilələri kəskin tənqid edir ki, bu da onun Vaşinqtonla rəqabət aparmasını nümayiş etdirən elmentlərdən biridir.
Venesuelada heç bir ciddi siyasi, iqtisadi və hərbi marağı olmayan Türkiyənin sinəsini irəli verib, Maduronun ən qatı müdafiəçisi qismində çıxış etməsi Ərdoğanın oxşar tale ilə qarşılaşmaqdan narahatlıq keçirməsi ilə izah oluna bilər.
Xatırladım ki, Maduronun 6 illik hakimiyyəti Venesuelada insanların həyat şəraitini dözülməz edib. Bu səbəbdən də 3 milyondan artıq insan ölkədən didərgin düşüb. Bu hakimiyyətin yarıtmaz fəaliyyəti həm də, Ümumi Daxili Məhsulun 33 faiz azalmasına, inflyasiyanın 1 700 000 (bir milyon yeddi yüz min) faizə çatmasına səbəb olub. Belə bir hakimiyyəti müdafiə etməyin məntiqli izahı yoxdur.
Venesuelada küçələrə çıxan milyonlarla insan Maduronun 6 illik hakimiyyətinin nəticələrinə etiraz edir. Ərdoğanın Maduroya dəstək sözlərindən isə belə çıxır ki, Türkiyə Venesuelanı humanitar böhran vəziyyətinə gətirmiş bir hakimiyyəti dəstəkləyir. Türkiyə kimi bir ölkənin belə bir rejimi müdafiə eləməsi böyük rəzalətdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?