14:39 / 19-10-2025
Ayı ata və oğula hücum edib
10:54 / 19-10-2025
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir
09:56 / 19-10-2025
Cüdoçularımız 2 qızıl, 1 bürünc medal qazanıblar
09:43 / 19-10-2025
Pakistanın qara səhifəsi - Fotolar
09:07 / 19-10-2025
Avropa Ukraynaya hərbi yardımı azaldıb
08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
07:56 / 19-10-2025
Zahid Oruc ittihamlarla razılaşmır
19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

16:01 / 18-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

23:49 / 15-10-2025

16:15 / 18-10-2025

11:59 / 15-10-2025

Azərbaycan gənci ali təhsili harada almalıdır?
Tarix: 14-04-2019 23:13 | Bölmə: Xəqani CƏFƏRLİ

Elm adamlarının gənclərə tövsiyəsi çox önəmlidir. Xüsusən də dünyanın ən nüfuzlu ali məktəblərinin yerləşdiyi ABŞ universitetlərindən birinin professorunun məsləhəti böyük önəm kəsb edir. Üstəlik, bu elm adamı Varşava Ali İqtisad Məktəbində, Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində tədqiqatlar aparmış, ABŞ-ın Kanzas və Şimali Karolina universitetlərində elmi tədqiqatla məşğul olmuş, hazırda isə Ratqers Universitetinin professorudursa, onun tövsiyələrini nəzərə almaq məcburiyyətindəyik. Söhbət ABŞ-ın Ratqers Universitetinin azərbaycanlı professoru Qubad İbadoğlunun gənclərə ali təhsilin növbəti pilləsini xaricdə oxumaqla bağlı tövsiyəsindən gedir. Aydın görünür ki, bu tövsiyə professor Qubad İbadoğlunun Avropa və ABŞ-ın bir çox ali təhsil ocağında illər ərzində qazandığı həyat təcrübəsinin dəmir məntiqidir.
Azərbayanda təhsil sisteminin bərbad olması, ali məktəblərin səviyyəsinin çox aşağı olması qlobollaşan dünya üçün gərəkli mütəxəssis olmaq istəyən Azərbaycan gənclərini heç olmasa, ali təhsilin ikinci pilləsini xarici ölkələrdə almaq tövsiyəsinə ciddi yanaşmağı tələb edir.
Hər il dünyanın ən yaxşı ali məktəblərinin reytinq siyahısı açıqlanır. İllər bir-birini əvəz etsə də, biz həmin siyahının qürur duyula biləcək hissəsində Azərbayanın ali məktəblərinin adına rast gəlmirik. Son illərin yeganə nailiyyəti hesab edə biləcəyimiz ADA Universiteti isə yüksək səviyyəli ali təhsil almaq istəyən bütün gənclərin istəklərini təmin etmək imkanında deyil. Millətin gələcəyi olan gəncliyi yüksək səviyyədə ali təhsillə təmin etmək üçün ADA Universiteti nümunəsini artırmaq, Avropa və ABŞ-ın nüfuzlu universitetləri ilə əlaqələr yaratmaq, iş birliyi qurmaq əvəzinə son illərdə Rusiyanın iki ali məktəbinin - Lomonosov adına MDU-nun və Seçenov adına Tibb Universitetinin Bakıda filialları yaradılıb. Doğrudur, bu universitetlərin səviyyəsi Azərbaycanın ali məktəbləri ilə müqayisədə daha yüksəkdir. Amma bu ali məktəbləri ABŞ-ın və Avropanın nüfuzlu universitetləri ilə müqayisə etmək qeyri-mümkündür.
Lomonosov adına MDU-nun Bakı filialının rektoru professor Nərgiz Paşayevanın dünyanın ən nüfuzlu ali məktəblərindən olan Oksford Universiteti, eləcə də Böyük Britaniyanın digər nüfuzlu ali məktəbi olan Ekseter Universiteti ilə çox yaxşı işgüzar münasibətləri var. Əgər professor Nərgiz Paşayeva Lomonosov adına MDU-nun Bakı filialını deyil, işgüzar münasibətlərə malik olduğu Böyük Britaniyanın universitetlərinin Bakıda filialını yaratmağa nail olsaydı, bu, mənsub olduğu millətə daha böyük xidmət olardı.
Bakıda Rusiya ali məktəblərinin filialları yaradıldığı bir zamanda Qazaxıstanda Fransanın dünyaca məşhur Sarbonna Universiteti ilə birgə Sarbonna-Qazaxıstan adlı ali məktəb yaradılıb. Bu ali məktəb Qazaxıstan gənclərinə ölkəni tərk etmədən Avropa standartlarına uyğun ali təhsil almaq imkanı yaradır.
Qazaxıstanın ali təhsil sahəsində əməkdaşlığı Sarbonna Universiteti ilə kifayətlənmir. Çin, Cənubi Koreya, Türkiyə və Avropanın ali məktəbləri ilə çox güclü əməkdaşlıq nəticəsində Qazaxıstanın ali məktəblərinin reytinqi ildən-ilə yüksəlir. Ekspertlər Qazaxıstanın bəzi ali məktəblərinin artıq dünya standratları səviyyəsində təhsil verdiyini təsdiq edirlər.
Ali məktəblərinin səviyyəsini sürətlə yüksəldən Qazaxıstan müstəqillik illəri ərzində 100 mindən artıq gəncin xaricdə təhsil almasını da təmin edə bilib. Azərbaycan isə bu göstəricinin yarısı ilə öyünə bilməz.
Xaricdə təhsil alan gənclərimizin əksəriyyəti oliqarx-məmurlarımızın övladlarıdır. Onların necə ali təhsil almalarını isə “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun oğlu Elnar Əsgərovun York Universitetində özündən 11 yaş böyük Joram Drean adlı şəxsi 20 min avro müqabilində öz əvəzinə imtahan verməyə vadar etməsi çox aydın göstərir. Xaricdə təhsil alan digər gənclərə görə isə fədakar ailələrə minnətdar olmalıyıq.
Təhsil sistemimiz maarifçilik işığından uzaq şəxslərin nəzarətində olduğundan müasir dövrümüzün azsaylı tərəqqipərvər ziyalılarından olan Şirməmməd Hüseynovun qızı Fərəh xanım Əliyevanın Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin olunması təhsilə soyuq münasibətin dəyişəcəyinə ümid yaratdı. Ancaq həmin təyinatın təhsil sistemində ciddi dəyişikliklərə səbəb ola biləcəyi ilə bağlı ziyalıların gözləntisi hələlik özünü doğrultmayıb və bu istiqamətdə hansısa hazırlıqların getməsi də müşahidə edilmir.
Dövlət müstəqlliliyimizin bərpasının 28-ci ilində yaşamağımıza, iqtidar təmsilçilərinin qürurla söylədikləri kimi, regionun lider dövləti olmağımıza baxmayaraq, ən yüksək vəzifə sahiblərimiz belə, savadlı kadr çatışmazlığından şikayət edirlər. Qazaxıstan kimi Orta Asiya respublikası bizim üzərimizdən keçərək Avropanın ali məktəbi ilə çox sıx işbirliyi qurur, biz isə deputat Asim Mollazadənin simasında hələlik ABŞ-ın bizim təhsil sisteminin inkişafına verə biləcəyi dəstəklə bağlı fikir mübadiləsi aparırıq. Ən pisi də odur ki, hakim siyasi elitada Azərbaycanın Qərbin təhsil siteminə sahiblənməsini arzu edənlər barmaqla sayılacaq qədərdir.
Dövlətin öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilməməsinin nəticəsi olaraq Azərbaycan gənci bu gün harada təhsil alacağını bilmir. Ölkənin ali məktəblərinin səviyyəsinin çox aşağı olmasını bilən gənclik həmin təhsil ocaqlarında oxumağın zaman itkisindən başqa bir şey olmayacağının fərqindədir. Ona görə də bütün imkanlardan yararlanıb təhsillərini xaricdə almağa çalışırlar.
Azərbaycan hakimiyyətinin Avropa Birliyinə inteqrasiyaya soyuq münasibəti gənclərimzin Avropada təhsil almaq imkanlarını məhdudlaşdırır. Azərbaycandan fərqli olaraq Gürcüstan Avropa Birliyi ilə inteqrasiya yolunu seçib və gürcü gəncliyinə Avropanın bütün ölkələrinin təhsil proqramlarından bəhrələnmək imkanı verir. Bundan başqa, Gürcüstan regionun lideri olmasa da, hökumət gənclərin xaricdə təhsil almasına ciddi maliyyə xərcləyir.
Mamuka Baxtadze baş nazir olduqdan sonra Gürcüstanda təhsilin inkişafı hökumətin priroteti elan edilib və bu məqsədlə “Təhsil - azadlığa gedən yol” konsepsiyası hazırlanıb. Baş nazirin birbaşa rəhbərliyi ilə hazırlanan konsepsiyaya görə Gürcüstan 2022-ci ildə Finlandiya, Norveç, Danimarka, Sinqapur kimi ölkələrlə yanaşı büdcəsinin 25 faizini və ya ÜDM-in 6 faizini təhsilə ayıran ölkələrin çərgəsinə qoşulacaq.
M. Baxtadze hesab edir ki, yalnız elmin sayəsində Gürcüstan dünyanın inkişaf etmiş ölkələrinin sırasında yer ala bilər. Azərbaycan rəsmilərindən belə çıxışları eşitmisinizmi? Bunun əvəzində pambıqçlığın, tütünçülüyün, baramaçılığın və turizmin inkişafından bəhs edilir. Halbuki turizmdə Gürcüstan kimi nailiyyətlər əldə etməyimiz mümkün deyil. Ancaq Gürcüstan hökuməti 2022-ci ildə büdcənin 25 faizini turizmin deyil, təhsilin inkişafına yönəltməyi planlaşdırır. Biz isə turist cəlb etmək üçün çox bahalı idman yarışlarına pul ayırmağa üstünlük veririk.
Təhsilin inkişafını özünün əsas vəzifəsi elan edən yalnız Gürcüstan və ya Qazaxıstan kimi postsovet respublikaları deyil. Yaponiyanın baş naziri Sindzo Abe hökumətin iclaslarının birində yapon gənclərinin son illər xaricdə oxumağa meyl etməməsindən narahatlığını ifadə edib, gəncləri xaricdə təhsil almağa sövq etmək üçün ciddi tədbirlər görməyə çağırmışdı. Halbuki Yaponiya dünyanın elm mərkəzlərindən biri sayılır. Ancaq baş naziri anlayır ki, ABŞ və Avropanın ali məktəbləri ilə rabitənin qırılması Yaponiyanın dünya elmində baş verən yeniliklərdən təcrid olunmasına gətirib çıxara bilər. Ona görə də yapon gənclərini xaricdə təhsil almağa sövq etmək üçün tədbirlər görülür.
Azərbaycanda dövlət rəsmilərinin belə təşəbbüslərlə çıxış etməmələri bir yana, hətta bəzən xaricdə təhsil almağa qarşı çıxışlar da edirlər. Belə bir mühitdə Ratqers Universitetinin azərbaycanlı professoru Qubad İbadoğlunun gəncləri ali təhsilin növbəti pilləsini xaricdə almağa çağırması qaranlıq tünelin sonundakı işığa bənzəyir. Azərbaycan gəncliyinin qorxmadan, usanmadan həmin işığa doğru getməsinə yardım etmək, dəstək olmaq isə hər bir ziyalının borcudur.
Azərbaycan gəncliyinin hansı ixtisasları seçməsinin daha doğru ola biləcəyinə növbəti yazıda aydınlıq gətirəcəyik.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?