18:09 / 05-07-2025
Mingəçevirdə iki qayıq toqquşub - Beş nəfər xəsarət alıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
14:16 / 05-07-2025
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
12:19 / 05-07-2025
“AzerGold”-un qiymətli metal satışından gəlirləri artıb
12:09 / 05-07-2025
Beş kollecə direktor təyin ediblər - Siyahı
12:04 / 05-07-2025
Sadiq Qurbanov: “Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın qələbəsidir”
10:36 / 05-07-2025
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - Video
10:35 / 05-07-2025
Türkiyəyə güclü qar yağıb
10:31 / 05-07-2025
Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb
10:09 / 05-07-2025
Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verilib
09:26 / 05-07-2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
19:49 / 04-07-2025
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
19:48 / 04-07-2025
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
19:46 / 04-07-2025
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub - Fotolar
19:14 / 04-07-2025
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
18:42 / 04-07-2025
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Fotolar (Yenilənib)
18:35 / 04-07-2025
Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
18:25 / 04-07-2025
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
18:19 / 04-07-2025
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
18:01 / 04-07-2025
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
17:42 / 04-07-2025
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
17:21 / 04-07-2025
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
17:05 / 04-07-2025
Fransada “səssiz etiraz”: ABŞ demokratiyasına şübhə ilə yanaşırlar
16:59 / 04-07-2025
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
16:33 / 04-07-2025
ECO-nun növbəti sammiti İranda keçiriləcək
16:31 / 04-07-2025
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
16:20 / 04-07-2025
Meyxanaçı azadlığa buraxılıb
16:17 / 04-07-2025
Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
16:01 / 04-07-2025
Xankəndidə 17-ci Zirvə görüşü: ölkə başçıları mesajlar verir - (Yenilənib) - Fotolar
15:47 / 04-07-2025
Üç şəhidimiz Kəlbəcərdə dəfn edilib - Fotolar
21:03 / 30-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

14:40 / 03-07-2025

07:52 / 01-07-2025

12:16 / 02-07-2025

19:48 / 04-07-2025

10:26 / 02-07-2025

15:33 / 02-07-2025

14:53 / 01-07-2025

16:55 / 02-07-2025

Avtoritar rejimlər üçün geri sayım başlayıb - Politoloq yazır
Tarix: 12-06-2019 16:59 | Bölmə: Xəqani CƏFƏRLİ

Bu ilin baharından başlayaraq Rusiya və Türkiyədə baş verən hadisələri bir il öncə təsəvvür etmək çox çətin idi. Ancaq indi tam əminliklə demək olar ki, bu ölkələr böyük dəyişiklik mərhələsinə qədəm qoyub. Bu dəyişiklik mərhələsinin nə qədər çəkəcəyini riyazi dəqiqliklə müəyyən etmək mümkün deyil. Ancaq proseslərin dinamikasını təhlil etdikdə Rusiya və Türkiyədə dəyişikliklərin yaxın il yarın ərzində gerçəkləşə biləcəyini proqnozlaşdırmaq olar. Ancaq bəzi faktorların təsiri ilə zaman məsafəsinin dəyişməsi də mümkündür. Məsələn, neftin qiymətinin kəskin ucuzlaşması Rusiyada inqilabi prosesləri daha da sürətləndirə bilər. Əksinə, neftin qiyməti kəskin bahalaşarsa, Putin rejiminin ömrünün uzanma ehtimalı böyükdür.
Ərdoğanın avtoritar rejiminin ömrü isə son günlər ABŞ haqqında danışılan sanksiyalardan çox asılıdır. Əgər ABŞ-ın Türkiyəyə qarşı ehtimal olunan sanksiyaları reallaşarsa, Ərdoğanın iflası qaçılmaz ola bilər. Ancaq proseslərin indiki inkişafı Putin və Ərdoğan üçün nikbinlik vəd eləmir.
Putinin nüfuzu sürətlə enir. Kremlin bütün cəhdlərinə baxmayaraq bu prosesi dayandırmaq mümkün olmur. Ən təhlükəlisi isə bu deyil. Rusiya cəmiyyətində Putinin avtoritar rejiminə qarşı müqavimət başlayıb və bu, getdikcə güclənir.
Həbslərə baxmayaraq Putinin şəxsiyyətini təhqir edən hərəkətlərin qarşısını almaq olmur. Hətta Rusiyada vəziyyət elə həddə çatıb ki, Daxili İşlər Nazirliyinin regional idarələrinin divarlarına böyük hərflərlə Putini ağır formada təhqir edən ifadələr yazmağa başlayıblar. Sosial şəbəkələrdə isə Putinin təhqir edilməsi kütləvi hal alıb. Çoxsaylı həbslər isə prosesi dayandıra bilmədiyi kimi, zəiflədə də bilmir. Əksinə, cəmiyyət siyasi motivli hər bir həbsə kəskin müqavimət göstərir. Bu prosesin ən bariz nümunəsi “Meduza” internet resursunun əməkdaşı İvan Qolunovun narkotik ittihamı ilə şərlənərək həbs olunması zamanı müşahidə edildi. Rusiya cəmiyyətinin nüfuzlu şəxslərinin jurnalistin şərlənərək həbs olunmasına sərt reaksiyası, çoxsaylı etiraz aksiyaları artıq avtoritar rejimin “oyun qaydaları”nın işləmədiyini təsdiqlədi. Cəmiyyətin sərt reaksiyası hakimiyyəti dərhal geri addım atmağa vadar etdi və İvan Qolunova qarşı açılan cinayət işinə xitam verildi. Jurnalsitin həbsinə əsas verən saxta dəlillər yaratmış vəzifəli şəxslər “günah keçisi” elan olunaraq vəzifələrindən kənarlaşdırıldılar.
Çox maraqlıdır ki, İvan Qolunovun həbsi ətrafında prosesin məhz bu ssenari üzrə inkişaf edəcəyini proqnozlaşdıranlar da var idi. Rusiyanın ən çox istinad edilən politolqu kimi tanınan Moskva Beynəlxalq Münasibətlər İnstitutunun professoru Valeri Solovey İvan Qolunovun həbsinin ilk günündə hadisə ilə bağlı verdiyi açıqlamada cəmiyyətin reaksiyasının kəskin olacağı və bundan sonra hakimiyyətin geri addım atacağını proqnozlaşdırmışdı.
Professor Valeri Solovey hesab edir ki, Rusiyanın hakim dairələri artıq cəmiyyətin dözmək niyyətində olmadığının fərqindədir və istənilən kobud müdaxilə proseslərin nəzarətdən çıxmasına səbəb ola bilər. Çünki bundan əvvəl əyalətlərdə baş verən proseslər cəmiyyətin daha dözmək niyyətində olmadığını üzə çıxarmışdı. Son zamanlarda Rusiyanın əyalətlərini bürüyən etiraz aksiyaları da vəziyyətin nə qədər gərgin olduğunu göstərdi.
Belə ki, Kremlin siyasətinin əleyhinə keçirilən etiraz aksiyalarında Putini onlara qarşı müharibə elan etməkdə ittiham edənlər bunu cavabsız qoymacaqlarını bildirdilər.
Baş verən hadisələr göstərir ki, Rusiya cəmiyyətində hakimiyyətdən narazılıq sürətlə artır və əhali radikallaşır. Putinin şəxsiyyətinin ağır formada təhqir edilməsi, etiraz aksiyalarının artması və radikallıqla yanaşı sosial şəbəkələrə maraq da artır. Araşdırmalara görə, may ayında Rusiyada “YouTube” izləyicilərinin sayı televiziya izləyicilərinin sayını üstələyib.
Bu araşdırmadan öncə keçirilən başqa bir araşdırma isə mart ayından intert resurslara verilən reklamın həcminin telekanallara verilən reklamı üstələdiyini üzə çıxarmışdı. Bütün bunlar göstərir ki, Rusiyada avtoritarizmin əsasları sarsılmaqdadır və onu labüd sonluqdan heç nə xilas edə bilməz.
Türkiyədə baş verən proseslər də artıq Ərdoğanın avtoritar rejiminin əsaslarının sarsılmağa başladığını göstərir. Martın sonuncu günü keçirilən yerli seçkilərdə hakim partiya üç böyük şəhərdə məğlub oldu. İstanbulu itirməyi hakimiyyətin itirilməsinin başlanğacı kimi qəbul edən Ərdoğan rejimi ciddi əsaslar göstərmədən bu meqapolisdə keçirilmiş səsvermənin nəticəsini ləğv etdi. Ancaq bu addım avtoritar rejimlərin çöküşü zamanı açıq müşahidə olunan bir məqamı yenidən üzə çıxardı. Bu məqam cəmiyyətin belə hallarda çökməkdə olan rejimin arxasından çəkilərək onun önünü kəsməsindən ibarətdir. Ərdoğan rejimi Əkrəm İmamoğlunun İstanbul Böyük Bələdiyyəsinin başqanı seçildiyi 31 Mart səsverməsinin nəticələrini ləğv etdi və bununla özünün “qəbirqazanı”nı meydana çıxardı. Məhz səsvermənin nəticəsinin ləğvi Əkrəm İmamoğlunu Ərdoğanın alternativinə çevirdi və üç ay öncəyə kimi bələdiyyə başqanlığı uğrunda autsayder qismində çıxış edən şəxs bu gün Türkiyənin yeni liderinə çevrilməkdədir. Əkrəm İmamoğlunun yeni seçki kampaniyasına 600 min nəfərə yaxın şəxsin maliyyə dəstəyi verməsi də bunu təsdiqləyir.
Türkiyənin məşhur sənətçilərindən Murat Boz Əkrəm İmamoğlunun seçki kampaniyasına 100 min lirə bağışlayıb. Əkrəm İmamoğluna dəstək artdığı kimi, hakimiyyət təmsilçilərinə qarşı etirazlar da yüksəlir. Bu, son günlər daha çox müşahidə olunur. Bu isə Ərdoğan rejimini geri addım atmağa vadar edib.
Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəldiyi gündən ötən 17 il ərzində bir dəfə də olsun müxalifətlə teledebatlara çıxmayan rejim təmsilçiləri indi bu addımı atmağa məcbur olurlar. İyunun 16-da son 17 il ərzində iqtidarla müxalifətin namizədi - Binəli Yıldırımla Əkrəm İmamoğlu arasında teleduel olacaq.
Rusiya və Türkiyədəki avtoritar rejimlər üçün geri sayım başlayıb və prosesi dayandırmaq mümkün deyil. Bu iki dövlətin Avrasiyada baş verən proseslərə hansı təsirlər göstərdiyini nəzərə alsaq, onda qeyd edə bilərik ki, Putin və Ərdoğan rejiminin çökməsi bu məkanda çox güclü “siyasi zəlzələ” effekti verərək böyük dəyişikliklərə səbəb olacaq.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?