00:11 / 22-10-2025
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
23:44 / 21-10-2025
Əli Əsədov Gürcüstana səfər edib
23:39 / 21-10-2025
İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb - Foto
23:28 / 21-10-2025
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
19:15 / 21-10-2025
Həcc ziyarətinə sənəd qəbulu başlayır
18:51 / 21-10-2025
Yüksək temperatura dözümlü metal ixtira ediblər
18:00 / 21-10-2025
“Atletik”in baş məşqçisi: "Qarabağ” turnir cədvəlində yuxarı pillədədir, amma biz..."
17:59 / 21-10-2025
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
17:48 / 21-10-2025
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
17:24 / 21-10-2025
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
17:11 / 21-10-2025
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
16:53 / 21-10-2025
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
16:50 / 21-10-2025
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
16:36 / 21-10-2025
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
16:26 / 21-10-2025
Ən maraqlı yeddi körpü - Fotolar
16:23 / 21-10-2025
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
16:21 / 21-10-2025
Milli Məclis daha 17 məsələyə baxacaq
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
15:54 / 21-10-2025
Azərbaycanda SSRİ və imperiya maraqlarına xidmət xülyası ilə yaşayanlar var
15:41 / 21-10-2025
Deputat: "Ramiz Mehdiyev də, mən də sovet adamlarıyıq"
15:34 / 21-10-2025
"Qarabağ” azarkeşlərə müraciət edib
14:55 / 21-10-2025
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - (Yenilənib) - Fotolar
14:50 / 21-10-2025
İlham Əliyev Qazaxıstanın milli geyimində - Video
14:40 / 21-10-2025
Hikmət Hacıyev: "Qazax qardaşlarımız hörmət nümunəsi olaraq..."
14:12 / 21-10-2025
İlham Əliyev: "Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb"
14:08 / 21-10-2025
Azərbaycan və Ermənistan spikerləri görüşüblər
13:59 / 21-10-2025
Ukrayna parçalana bilər
13:25 / 21-10-2025
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - Fotolar
13:21 / 21-10-2025
"Space TV"-yə xəbərdarlıq edilib
12:11 / 17-10-2025
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
14:39 / 19-10-2025
Ayı ata və oğula hücum edib
Putinin yalanı
Tarix: 25-06-2016 11:04 | Bölmə: Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
Tarix: 25-06-2016 11:04 | Bölmə: Xəqani CƏFƏRLİ

Sankt-Peterburq İqtisadi Formunda Rusiya prezidenti Vladimir Putinin ölkə iqtisadiyyatında azalmanın dayandığını və yüksələn xətt üzrə inkişafın başladığını bəyan etməsi iqtisadçılar tərəfindən nikbinliklə qarşılanmadı. Rusiya iqtisadiyyatında nələrin baş verdiyini bilən iqtisadçılar ölkə başçısının yalan danışdığını, üstəlik, bu yalanına digərlərini də inandırmağa çalışdığını təəccüblə seyr edirlər.
Rusiya iqtisadiyyatında azalmanın başa çatmasından Putinin məmurları 2016-cı ilin ilk aylarından danışmağa başlayıblar. Əslində isə, Rusiya iqtisadiyyatında böhranın gizli şəkildə dərinləşdiyini azacıq iqtisadi biliyi olan hər kəs görür. Sadəcə olaraq neftin qiymətində ötən ilin sonları ilə müqayisədə başlayan artım hökumətin maliyyə imkanlarını qismən yaxşılaşdırıb. Putin və hakimiyyətini neft üzərində qurmuş digər avtoritar liderlər isə ölkənin iqtisadi vəziyyətini hökumətin maliyyə imkanları ilə ölçürlər.
Dövlətin qızıl-valyuta ehtiyatlarının önəmini kimsə inkar edə bilməz. Ancaq qızıl-valyuta ehtiyatlarına malik olmaq hələ iqtisadiyyata, həm də müasir iqtisadiyyata malik olmaq demək deyil.
Venesuelanın mərhum avtoritar prezidenti Uqo Çaves də neftin bahalı dövründə "qara qızıl"ı "sarı qızıl"a çevirməklə, ölkəsinin qızıl ehtiyatını sürətlə artırmaqla məşğul idi. İndi isə onun siyasi varisi Nikolas Maduro həmin qızılları sürətlə "əridib" pula çevirmək məcburiyyətindədir. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Venesuela yalnız fevral və mart aylarında 40 tondan artıq qızıl satıb.
Putin də kəmağıl Çaves kimi əsas vəzifəsini dövlətin qızıl ehtiyatlarını artırmaqda görürdü. İndi isə bu qızıllar Rusiya iqtisadiyyatını xilas etmək gücündə deyil. Bu qızıllar olsa-olsa acların qiyamını bir müddət önləmək üçün ərzağa dəyişdiriləcək qiymətli metaldan başqa bir şey deyildir.
Putinin özünü inandırdığı və başqalarını da inandırmağa çalışdığı yalanları müasir dövrdə ifşa etmək asandır. Belə ki, Putinin üçüncü dəfə hakimiyyətə dönüşü ərəfəsində Rusiyanın xarici ticarət dövriyyəsi 884.2 milyard dollara çatmışdı və bəziləri bir trilyonluq hədəfin uzaqda olmadığını anlayırdı.
Lakin Putinin yenidən hakimiyyətin yüksək pilləsinə qayıdışı və təcavüzkar siyasəti ölkənin xarici ticarət dövriyyəsinin qısa müddətdə sürətlə azalmasına səbəb oldu. Ötən il Rusiyanın xarici ticarət dövriyyəsi cəmi 534 milyard dollar təşkil edib. Ümumi sərmayə qoyuluşu daha sürətlə azalaraq 2007-ci il səviyyəsinə düşüb. Bunlar Putinin yenidən hakimiyyətin ən yüksək pilləsinə dönüşünün üç ilinin nəticələridir və ağlı başında olan hər kəs anlayır ki Medvedyevin prezidentliyi dövründə əldə olunan uğurlar indi itirilib.
Ancaq bu da son deyil. Putinin yeni imperiya hay-küyünün təsiri altında Moskvanın hakim dairələrində hələ də ağlını itirməmiş bir neçə şəxs qalıb ki, onlar Rusiyanın necə böyük məğlubiyyətə doğru getdiyini görürlər. Sabiq maliyyə naziri Aleksey Kudrin, Əmanət Bankın prezidenti German Qref Rusiyanın böyük məğlubiyyətə doğru, həm də sürətlə getdiyini görür və həyəcan təbili çalmağa çalışırlar. Həm Kudrin, həm də Qref anlayır ki, cəmi on, ən uzağı onbeş il sonra Qərblə Rusiya arasında elə iqtisadi uçurum yaranacaq ki, hətta Rusiyanın mövcudluğunu qorumaq belə mümkün olmayacaq.
Bütün bunlara baxmayaraq, Rusiyanın avtoritar lideri iqtisadi çöküşün başa çatması və yüksəlişin başlaması haqqında nağıllar uydurur. Putinin azərbaycanlı dostları olsa da, onun bu xalqın müdrik kəlamlarından xəbəri yoxdur. Xəbəri olsaydı, yəqin bilərdi ki, yalan ayaq tutsa da, yeriməz.
Bu arada Rusiyanın maliyyə naziri 1998-ci il böhranının, yəni, defoltun təkrar ola biləcəyi haqqında xəbərdarlıq edib. Görünür, Putin hətta maliyyə nazirinin də nə düşünməsindən xəbərsizdir və özünün inandığı yalanları həqiqət kimi qəbul etməyə, reallıqla əlaqəsini itirməyə başlayıb.
Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki