Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Nazir Emin Əmrullayevə bir neçə sual
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
Anar Əsədlidən 4 şikayətçi var
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
"Neftçi" qələbə qazanıb
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Tarix: 21-11-2016 14:01 | Bölmə: Xəqani CƏFƏRLİ

Rusiyanın rəsmi şəxslərinin və Kremlin tam nəzarətində olan medianın Donald Tarmpın qələbəsi ətrafında qaldırdıqları hay-küyə baxmayaraq, Ağ Evin yeni sahibi "ABŞ-ın Putini" ola bilməyəcək. Tramp seçkinin qalibi olsa da, onun qələbəsi elə seçki prosesindəcə zədələnib.
ABŞ dünyada yeganə ölkədir ki, burada hakimiyyət bölgüsü ilə yanaşı hakimiyyət qolları arasında tarazlıq yaradılıb, balanslaşdırma aparılıb. Prezidentin rəhbərlik etdiyi icra hakimiyyəti qanunverici və məhkəmə hakimiyyəti ilə hesablaşmaq məcburiyyətindədir.
İkincisi, ABŞ həqiqi federativ dövlət olduğu üçün mərkəzi hakimiyyətlə ştatlar arasında hüquq bölgüsü mövcuddur vəAğ Ev sahibinin kimliyindən asılı olmayaraq, heç kim bu qaydanı dəyişə bilməz.
Üçüncüsü, Donald Tramp sələfi Barak Hüseyn Obamadan fərqli olaraq, seçkidə əzici üstünlüklə qalib gələ bilmədi. Hətta bütün ölkə boyu xanım Hillari Klintonun aldığı səslər Trampa verilən səsdən çoxdur.
Tramp və komandası Florida kimi iki-üç ştatın hesabına üstünlük əldə edildiyinin, seçicilərin əksər hissəsinin onun əleyhinə səs verdiyinin fərqindədir.
Trapm ABŞ-ın son əlli illik tarixində ilk prezident olacaq ki, seçkidən sonra etiraz dalğası ilə üzləşib.
Seçkinin başa çatmasından günlər ötməsinə baxmayaraq, etirazlar hələ də səngimir. Ölkənin ən varlı ştatı- ABŞ-ın Ümumdaxili Məhsulunun 13 faizini verən Kaliforniyada Trampın qalib gəlməsinə etiraz olaraq müstəqillik tələbləri səslənir. Hətta 2019-cu ildə ABŞ-dan ayrılmaqla bağlı referendum keçirilməsi təklif olunur.
Qeyd edək ki, Kaliforniya ABŞ-dan ayrılsa, iqtisadi gücünəgörə dünyanın ilk 10 dövlətindən biri ola bilər. Yüksək texnologiyalar sahəsində dünyanın ən qabaqcıl və aparıcı şirkətləri Kaliforniyada məskənləşib. Bu amil Vaşinqton üçün Kaliforniyanın siyasi və iqtisadi əhəmiyyətini daha da artırır. Bütün bunlara görə Vaşinqton Kaliforniyanı heç kimin 4 illik prezidentliyinə dəyişə bilməz.
Tramp medianın vəictimai-siyasi təşkilatların böyük əksəriyyətinin ona müxalif mövqedə olduğunu anlayır və bununla hesablaşmaq məcburiyyətindədir. Tramp və komandası anlayır ki, seçki kampaniyası zamanı verilən vədlərin reallaşdırılması üçün onların çox qısa zamanı var. Əks halda Trampın əleyhinə etirazlar daha da artacaq. Əgər qısa zamanda yeni iş yerlərinin açılmasına nail olunmasa, Tramp ciddi problemlərlə üzləşəcək.
Seçki kampaniyası zamanı dözümsüz və təcavüzkar mövqeyi ilə fərqlənən Trampın seçkidən sonrakı açıqlamalarında aşkar hiss olunan fərqli mövqe də qalibin özünü tam qalib gəlmiş şəxs kimi hiss edə bilməməsini göstərir. Çünki Tramp seçkidə elə zədə alıb ki, hətta Obamanın səhiyyə islahatını tamamilə ləğv etmək fikrindən də daşınıb.
Əlbəttə, respublikaçıların icra və qanunverici hakimiyyətə nəzarət etdikləri indiki halda ABŞ-ın daxili və xarici siyasətində bir çox məsələlər dəyişəcək. Ən maraqlı məqam ondan ibarətdir ki, Trampın ABŞ-da həyata keçirəcəyi islahatlar onun qələbəsinə ən çox sevinən Rusiya üçün ölümcül zərbə ola bilər. Belə ki, Tarmpın yeni iş yerlərinin açılması və respublikaçıların tələbləri nəticəsində, eləcə də seçki vədinə uyğun olaraq şist yataqlarından neft və qazın istismarı və ixracına Barak Obamanın tətbiq etdiyi məhdudiyyətləri aradan qaldıracağı gözlənilir. Bu isə dünya neft bazarında əsl şok yarada və "qara qızıl"ın qiymətini 20-25 dollara sala bilər. Bu da Rusiya üçün ölüm fərmanı demək olardı.
Rusiya üçün daha bir bəd xəbər ondan ibarətdir ki, Tramp insanlıq tarixinin ən böyük ordusunu yaratmaq istəyir. Ağ Evin yeni sahibi quru qoşunların sayını 540 minə, hərbi-dəniz qüvvələrini 350 gəmiyə, hərbi-hava qüvvələrindəki qırıcı təyyarələrin sayını 1200 ədədə, dəniz piyadalarının sayını 36 hərbi birləşməyə çatdırmaq istəyir. Tramp eyni zamanda müasir hava hücumundan müdafiə sistemi də yaratmağı hədəfləyir. Hərbi və təhlükəsizliklə bağlı xərcləri artırmağı hədəf seçən Tramp, Rusiyanı yenidən silahlanma reallığı ilə qarşı-qarşıya qoya bilər. Bunun isə Rusiya üçün nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Bütün bunlara görə Rusiyanın Trampın qələbəsindən duyduğu sevinci anlamaq mümkün deyil.
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək