Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Sülh savaşı - Zahid Oruc yazır
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
Nazir Emin Əmrullayevə bir neçə sual
Anar Əsədlidən 4 şikayətçi var
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
Tarix: 06-12-2016 16:29 | Bölmə: Xəqani CƏFƏRLİ

İki il öncə - Qərbin Rusiyaya tətbiq etdiyi ilk sanksiyalardan sonra rəsmi Moskva üzünü Qərbdən Şərqə çevirdiyini bəyan etdi. Rusiyanın xarici siyasət kursunun 180 dərəcə bucaq altında çevrilməsi bu ölkənin 1453-cü ildən sonra götürdüyü Qərbyönlü xarici siyasət kursundan imtinası anlamına gəlirdi ki, bunun faktiki olaraq mümkün olmayacağı hər kəsə məlum idi.
Ancaq avtoritar liderin iradəsinin əleyhinə gedə bilməyən Rusiyanın hakim dairələri günbatandan gündoğana dönüşün doğru yol olması haqqında nağıllar uydurmaqda idilər. Nəticədə iki illik zaman yetərli oldu ki, Rusiyanın siyasi və biznes elitası Şərqə dönüşün alınmadığını etiraf eləsinlər.
Qeyd edək ki, son zamanlar anti-Qərb siyasətinin zərərləri barədə hətta Putinin iştirak etdiyi tədbirlərdə də ucadan danışırdılar. Putin Rusiyanın siyasi və biznes elitasından gələn bu siqnallara uzun müddət laqeyd qala bilməzdi. Digər tərəfdən, Putin bütün avtoritar xarakterinə baxmayaraq, analiz etmək və düşünmək qabiliyyətini hələ itirməyib. O, anlayır ki, Rusiya sənayesinin, o cümlədən hərbi-sənaye kompleksinin Qərbdən idxal olunan hissələrdən asılılığı təxminən 50 faizdir. Qərbin Rusiyaya yeni texnologiyalar verməkdən imtinasının təhlükəsi isə o qədər böyükdür ki, hətta avtoritar lider də bu məqamı etiraf etmək məcburiyyətindədir.
İndi isə, Rusiya yenidən üzünü Şərqdən Qərbə çevirməyə hazırlaşır.
Rusiyanın yeni xarici siyasət konsepsiyasından və prezident Putinin Federal Məclisə müraciətindən çıxan ümumi nəticə bundan ibarətdir. Xüsusilə də Putinin Federal Məclisə müraciəti bir-iki il bundan əvvəlki müraciətlərdən kəskin fərqlənir. Hazırki müraciət özündən əvvəlki iki müraciətlə müqayisədə çox liberal notlar üzərində hazırlanıb. Putin hətta Rusiyanın bu gün üzləşdiyi problemlərin əsasən daxili məsələlərlə bağlı olduğunu bəyan edib.
Aydın görünür ki, Moskvanın hakim dairələrində Şərqə dönüşün iflasa uğradığının fərqindədirlər və yenidən üzlərini Qərbə çevirmək niyyətindədirlər. Donald Trampın ABŞ prezidenti seçilməsi isə Moskvaya simasını saxlamaqla üzünü yenidən Qərbə çevirməyə imkan verə bilər.
Moskvada son iki ildə Qərblə Rusiya arasında baş verən siyasi, ideoloji və təbliğati toqquşmaları Barak Obama administrasiyasının səhvi kimi təqdim etməyə çox həvəslidirlər. Putinin müraciətindən çıxan nəticə bundan ibarətdir ki, Rusiya Qərblə qarşıdurma istəmir, o, sadəcə, özünə hörmət olunmasını tələb edir.
Putin çıxışında terrorizmi ümumi düşmən kimi təqdim etməyə çalışıb və ona qarşı birgə mübarizəyə hazır olduqlarını bəyan edib. Bu, ABŞ-ın yeni prezidenti Donald Trampın İŞİD-əqarşı fikirlərinə çox yaxındır. Belə görünür ki, Putin ABŞ-ın yeni prezidenti iləmümkün əməkdaşlıq müstəvisi tapmağa və həmin müstəvidə əməkdaşlıq etməklə Rusiyanın üzünü yenidən Qərbə çevirməsini planlaşdırır. Rusiyanın Şərqdən Qərbə dönüşünün baş tutub-tutmayacağını isə təxminən gələn ilin ortalarında görə biləcəyik.
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki