21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

“Rusiyanın vicdanı” öldü
Tarix: 11-10-2017 15:45 | Bölmə: Xəqani CƏFƏRLİ

Rusiya Elmlər Akademiyasının akademiki, Britaniya Akademiyasının, Amerikanın İncəsənət və Elm Akademiyasının üzvü, müxtəlif zamanlarda ABŞ-ın Stenford, Harvard və Kaliforniya universitetlərinin professoru seçilən, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, antropoloq, dilşünas-alim Vyaçeslav İvanov ömürünün son illərini yaşadığı Los-Anclesdə 89 yaşında vəfat edib.
Mərhum akademik çağdaş Rusiyada rus xalqının vicdanı adlandırıla biləcək azsaylı şəxsiyyətlərdən biri idi.
Boris Pasternak dünyaca məşhur “Doktor Jivaqo” romanına görə Sovet İttifaqının rəsmi dairələrinin qəzəbinə gəlib, dövlət aparatının böhtanlarına məruz qalanda V.İvanov tərəddüd etmədən görkəmli yazıçının müdafiəsinə qalxır və buna görə 1958-ci ildə dərs dediyi Lomonosov adına Moskva Dövlət Universitetindən xaric edilir. O zaman onun 29 yaşı var idi.
Boris Pasternak, Anna Axmatova, Nikolay Zabolotskiy, Petr Kapitsa, Nadejda Mandelştam, Varlam Şalamov, Andrey Saxarov və Yuri Afanasiyev kimi nəhəng şəxsiyyətlərlə dostluq edən V.İvanovun ötən əsrin 70-ci illərində Sovet rejiminin uzun müddət mövcudluğunu qoruyub saxlaya bilməyəcəyi, rejim dəyişikliyinin qaçılmaz olması ilə bağlı fikirləri tam yəqinləşir. Bundan sonra V.İvanov ictimai proseslərdə daha aktiv iştirak edir.
Tərəddüd etmədən rus xalqının vicdanı adlandıra biləcəyiniz V.İvanovun Rusiyanın avtoritar lideri Vladimir Putin haqqında fikirləri də çox maraqlıdır. Rusiyanın elm adamlarının əksəriyyəti mövcud rejim qarşısında susduğu, yaltaqlandığı bir zamanda İvanov Putini bandit adınadırmaqdan çəkinmirdi. Putinlə bağlı mövqeyini ömrünün sonuna kimi dəyişməyən akademik, Rusiya diktatoru ilə bağlı müsahibələrinin birində belə deyirdi:
“O banditdir. Banditin əlindən çox iş gəlir.
Stalin də bandit idi. Siyasi oyunlar oynadığı şəxslər onu insan hesab edirdi, halbuki o, insan deyildi. Onun insani hisləri mövcud deyildi. Bu mənada o, (Putini nəzərdə tutut-müəl.) Stalinin tayıdır”.
Dünya şöhrətli akademik başqa bir müsahibəsində Putin haqqında danışarkən belə deyir:
“O, qəddar, qaniçən adamdır. Mən ondan yaxşı heç nə gözləmirəm. Ancaq hər cür bəd əmələ əl atacağını, insanları həbsxanalara dolduracağını, güllələyə biləcəyini gözləyirəm”.
V.İvanov bu fikirləri səsləndirəndə Rusiya hələ Krımı işğal etməmiş, müxalifət lideri Boris Nemtsov isə Kremlin yüz metrliyində qətlə yetirilməmişdi.
Rusiyanın gələcəyi haqqında da akademik İvanovun fikirləri çox maraqlıdır. Putin rejiminin Sovet rejimi kimi tükənməkdə olduğunu deyən V.İvanov Rusiyanın da dağılacağını proqnozlaşdırıb. Mərhum akademik hesab edirdi ki, Rusiyanın bölünmə ehtimalı Sovet İttifaqının parçalanma ehtimalından çox olduğu kimi, bu dağılma daha dəhşətli olacaq.
Rus xalqının milli şüurunun, mədəniyyətinin formalaşmasında müstəsna xidmətləri olan akademik İvanovun dəfninə Rusiyanın hakim dairələrinin biganə münasibətinə baxmayaraq, onun tarixdəki yeri və rolunu kiçiltmək mümkün olmayacaq.
Onun, Rusiyanın bu günü və gələcəyi haqqında fikirlərindən isə hamımız ibrət götürməliyik. Əks halda Sovet İttifaqının dağıntıları altında qaldığımız kimi, Rusiyanın parçalanmasından da ciddi zərər görə bilərik.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?