 Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq  - Müsahibə
 Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq  - Müsahibə
 Prezident icra başçısını vəzifədən azad edib  - Sərəncam
 Prezident icra başçısını vəzifədən azad edib  - Sərəncam
 Daha bir vəzifəli şəxsin adı Ramiz Mehdiyevlə hallanır
 Daha bir vəzifəli şəxsin adı Ramiz Mehdiyevlə hallanır  
 Nazir Emin Əmrullayevə bir neçə sual
 Nazir Emin Əmrullayevə bir neçə sual  
 Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
 Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt  
 Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
 Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır  
 1500 illik qızıl sikkə xəzinəsi tapılıb
 1500 illik qızıl sikkə xəzinəsi tapılıb  
 İcra başçısı saxlanılıb - DTX əməliyyat keçirib - (Yenilənib)
 İcra başçısı saxlanılıb - DTX əməliyyat keçirib - (Yenilənib)  
 Ukraynanın iki şəhəri mühasirəyə alınıb
 Ukraynanın iki şəhəri mühasirəyə alınıb  
 Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
 Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)  
 Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
 Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var  
 İki itkin şəhidimiz Xocalıda dəfn edilib  - Fotolar
 İki itkin şəhidimiz Xocalıda dəfn edilib  - Fotolar
Tarix: 30-12-2016 16:00 | Bölmə: Zaur ƏHMƏD

	
Son dövrlər Cəbrayıl camaatı gündəmdən düşmür. Bir müddət əvvəl sabiq icra başçısı Mahmud Quliyev öz qohumunun üstünə çığıranda hamı onu hoydu-hoyduya götürmüşdü. Amma həmin anda üstünə çox gedən olmadı. Elə ki, öz qohumuna "köpəyoğlu" damğasını yapışdıran başçı işdən çıxarıldı, hər şey dəyişdi. Hələ üstəlik, "yuxarı"dan onunla bağlı kəskin rəy veriləndən sonra hamı asıb-kəsməyə başladı. Dünənə kimi onun himayəsində olanlar, ondan az-çox xeyir görənlər fürsət varikən onun qabırğasına döşəyərək özlərini cəsarət dağarçığı kimi gözə soxdular.
Nəzərə alaq ki, bizdə yıxılana balta çalmaq köhnə peşələrdəndir. Məhz, bununla bağlı atalar məsəlimizin olması da sübut edir ki, lap qədimdən bu işlə məşğul olmuşuq.
Milli Məclisdə Cəbrayılın deputatı kürsüsünü 16 ildir "zanit" edən Astan Şahverdiyevin məlum müsahibəsinin effektinin dərəcəsi ölçüyəgəlməzdir. Mahmud Quliyevin də, Astan Şahverdiyevin də "tormoz"unun olmadığını Cəbrayıl camaatı yaxşı bilir. Ona görə də şəxsən mənim üçün təəccüblü bir şey olmadı.
Mahmud Quliyev vəzifədə olanda da, Astan Şahverdiyevin hörmətli vaxtlarında da onlara eyni münasibətim olub. Hər iki şəxsi kifayət qədər sərt tənqid də etmişəm, axırda görüşüb söhbət də etmişik. Nə də olsa, bir elin adamıyıq. Heç vaxt yerlibazlıq eləməmişəm, amma el qınağını da nəzərə almışam. Amma bir yerdə ki, ədalət tapdanır, orada susmaram, kim olsa, güzəştə getmərəm...
2010-cu il parlament seçilərinə qatılmışdım. "İnsan Naminə" Blokunun (ALP, VİP və Yaşıllar Partiyasının yaratdığı Seçki Bloku idi Z.Ə.) 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən vahid namizədi idim. Amma seçkinin ilkin mərhələsindəcə Mahmud Quliyevlə Astan Şahverdiyevin müdaxiləsi ilə üzləşdim. O zaman bu iki adamın arasından su keçmirdi. Rəsmi görüşləri də, yeyib-içmə məclisləri də bir olardı. İndi bir-birinin əleyhinə döşəmələrinə baxmayın. Əlqərəz...
O vaxt seçki ərəfəsində səfərbər olan qohum-əqrəbamın əziyyətlə topladıqları 650 imzanın bir hissəsini saxta çıxardılar və namizədliyimi qeydə almadılar. DSK-ya necə tapşırıq vermişdilərsə, mənə heç bir sənəd də təqdim eləmədilər ki, şikayət verə bilim. Sanki bütün sənədlərimi yandırıb külünü göyə sovurmuşdular. Təbii ki, susmadım, hər ikisi xahiş-minnətə gələnə qədər davam elədim.
Hər iki şəxslə aramızda şəxsi söhbətlər olub, ancaq onları faş eləmək mənə yaraşmaz. Onlar söhbət zamanı yaşlarına, başlarına yaraşmayan çox şey danışmışdılar. Amma hərə öz şəninə görə davranmalıdır. Bircə onu deyim ki, hər ikisinin səviyyəsi elə bu idi.
Əminəm ki, Şahverdiyev tamam başqa məqsədlə o fikirləri səsləndirmişdi. Elə bilirdi ki, etiraz edən camaatı söydüyünə görə döşünə orden asacaqlar. Belə götürəndə orden asdılar, amma...
Nədənsə, hakim siyasi kursun təmsilçiləri bütün fəaliyyətlərini "yuxarı"lardan "molodes" almaq üçün qururlar. İcra başçısı da, deputatı da millətə xidmət etmək əvəzinə, yuxarılara işləməyi özlərinə borc bilirlər. Bəlkə də öz-özlüyündə hər kəs haqlıdır. Axı, onlara qulluğu həmin o yuxarılar verib. Nə isə...
Yəqin ki, çoxları Cəlil Məmmədquluzadənin "Pirverdinin xoruzu" hekayəsinin oxuyub. Hekayədə Qasım əmioğlu Pirverdiyə xoruz əvəzinə cici ana gətirir. İndi də bizim deputat Şahverdiyev də Pirverdi kimi gözlədiyini ala bimədi. Əksinə, Pirverdinin gözlədiyi xoruzu Şaverdiyevin qoltuğuna verdilər...
Bölməyə aid digər xəbərlər
















 ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək 
  
  
  
  
  
  
  
  
 