18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

Bayramı qara gələnlər... - Zaur Əhməd yazır
Tarix: 31-12-2020 22:40 | Bölmə: Zaur ƏHMƏD

Əslində, üç sözü bir araya gətirən bu cümlə çoxları üçün sadə, bəlkə, əhəmiyyətsiz görünsə də, çox ağır bir cümlədir. Bu ağır günü yaşamayan bayramın qara gəldiyinin nə olduğunu bilməz.
27 il əvvəl, 1993-cü ilin son günü idi. Bizim evə bayram hələ qara libasda gəlməmişdi. Amma nə hikmət idisə, o gün bizim evdə qaranlıq idi.
Uşaq idim, saat 12-ni gözlədiyim yadımda deyil. İşıqların söndüyünü xatırlayıram. Axşam yeməyimizi, çıraq işığında yemişdik. Evdəkilərin gözündə zərrə qədər işıq, çöhrələrində bayram əhvalı yox idi. Hamı qəlbi qırıq, sınıq adam təəssüratı bağışlayırdı. O il bizə heç düşməmişdi. Dədə-baba yurdumuz işğal olunmuşdu, bütün qohum-əqrəbamız köçkün düşmüşdü. Çoxu da bizim yaşadığımız yataqxanaya sığınmalı olmuşdu. Evsizlik, didərginlik ağır dərddir...
O gün bizim evdə bayram günü qaranalıq olmasının səbəbi başqa idi. Biz tərəflərdə evin çırağı sayılan evin kişisinin süfrənin başında olmaması bizim ocağa qaranlıq gətirmişdi. Atam o gün ilk dəfə idi ki, bizi bayramda tək buraxmışdı. Ağdamda döyüşdə idi. Biz o vaxt əsgər ailəsi sayılırdıq. Yəqin ki, o gün bütün əsgərlərin evlərində bayram qaranlıq keçmişdi. Hətta işıqları sönməyənlərin də...
Sən demə, ilin təhvil olunduğu gün otağımıza qaranlığın çökməsi qarşıdakı bayramlarımızın qara gələcəyinin xəbərçisi imiş. Bəli, elə də oldu. O gündən sonra bizim bayramlarımız qara gəldi. Atam şəhidlik zirvəsinə ucalsa da, bayramlarımızın qara gəlməsinə vəsilə oldu. Açıq deyim ki, bayramlarda evimizdə soyuqluğun, bikefliyin olduğunu görəndə atamı qınadığım vaxtlar olub. Niyə başqaları kimi onun da müharibədən yayınmadığını, niyə soyuq səngərdə nəm torpağın üstündə dayanmağı bayramlarda süfrəmizin başında oturmaqdan üstün tutmadığını ürəyimdən keçirmişəm. Düzdür, indi o ağır günlər arxada qaldığından, qürurla "nə yaxşı ki, atam qorxaq olmayıb, əsl kişi kimi davranıb”, - deyirəm. Amma bu gün o sözü demək mənə bayramın qara gəldiyinin nə olduğunu yaşamaq bahasına nəsib olub. Amma illər əvvəl acı olsa da, illər sonra qürur, şərəf duyurur...
27 il sonra bu acı xatirə niyə yadıma düşdü? Müharibədən yeni çıxmışıq.
3 min şəhidimiz var.
3 min evə bayram qara libasda gəlib.
3 min evə qaranlıq çöküb.
3 min evin adamlarının boynu bükülüb.
3 min evdə masanın başı boşdur.
3 min evdə isti olsa da, hər kəs üşüyür.
O evləri düşünəndə sümüklərimə qədər o soyuğu hiss edir, qaranlıqda boğuluram...
31 Dekabr - Həmrəylik Günüdür. Gəlin, bu gün şəhidlərimizin ailələri ilə həmrəy, həmdərd olaq. Onlar kimi zülmətə qərq olmayaq, onları zülmətdə tək qoymayaq. Onlar ağlayanda ağlayaq, sızlayanda sızlayaq. Dərdi paylaşanda azalır, o zülməti, soyuğu hiss edən biri kimi deyirəm, şəhidlərimizi tək qoymadığımız kimi, ailələrini də tək qoymayaq...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər