21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Səlim Müslümovun arşını
Tarix: 08-10-2017 15:59 | Bölmə: Zaur ƏHMƏD

Həmişə yüksək vəzifəli məmurlardan, daha dəqiqi, nazirlərdən, komitə sədrlərindən müsahibə götürmək istəmişəm. Hərçənd, bizdə bu, müşkül məsələ olsa da, amma istəyim qüvvədədir.
Hansısa nazir qarşımda otursa, “nə sualın var, ver, cavablandıracam”,- desə, söhbətimiz “partlayar”.
Dostlar bilir, müsahibimə qarşı bəzən çox amansız oluram. Odur ki, həmsöhbətim hansısa nazir olsa, müsahibədə “qan su yerinə axar”. Amma çətin ki, belə bir müsahibə ola. Haradadır, bizdə elə ürəkli və səmimi nazir. Belə baxanda, maşallah, hamısının cəsarəti də, iddiası da, hikkəsi də yerindədir. Bəs səmimiyyət? Bax, o, bizim məmur tayfasına yaddır. Hansını danışdırsan, analoqu olmayan inkişafdan, şad-xürrəm həyatdan, yüksək maaşdan, rahat gələcəkdən danışacaq.
Axı, niyə də danışmasınlar? Aşıq gördüyünü çalar. Yoldaş məmurlar ətraflarında nə görürlərsə, ondan danışırlar. Onların dost-tanış, qohum-əqrəba, qonum-qonşu, bir sözlə, dörd bir yanı laləzardır.
Bir adamın ki, yanında dollarla krediti olub 40 arşın quyunun dibinə düşən, maaşını ayın axırına çatdıra bilməyən, ailə-uşağın yanında gözükölgəli qalan, pensiyasını dərmanla kommunala verib ayın axırına bir qarın ac, bir qarın tox, güclə gedib çıxan adamlar yoxdursa, xalqın hansı əzablarla üzləşdiyini haradan biləcək? Odur ki, mən bu məmurları qınamıram. Cah-cəlal içində yaşayıb yoxsulluğu, aclığı, çarəsizliyi düşünmək olmur. Nə isə, çox uzandı. Əslində, sözümün canı başqadır.
Bu günlərdə xüsusiylə də kasıb camaatın gün-güzəranı ilə məşğul olmalı olan Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalist Eynulla Fətullayevə müsahibə verdi. Səlim müəllimin Fətullayevə hansı şərtlər əsasında müsahibə verdiyini deyə bilmərəm. Amma adamın Allahı var, müsahibə pis alınmamışdı. Həmkarımız da mümkün olan, ona “cızılan sərhəddin” imkan verdiyi qədər normal söhbət eləmişdi. Amma bir məsələ var ki, Səlim müəllim bütün suallara öz arşını ilə ölçərək cavab verib. Onun müsahibə boyu gətirdiyi nümunələrin hamısı hökumətin açıqladığı “pripiska”nın maksimum həddində idi. Elə cənab nazirin pensiyalarla bağlı arumentlərinə nəzər yetirsək, kifayətdir.
“Misal üçün, siz 1000 manat maaş alırdınızsa, 125 manat sizin hesabınıza, yerdə qalan 125 manat isə ümumi fonda köçürülürdü. Kimsə 200 manat maaş alırdısa, yalnız 25 manatı hesabına, 25 manatı isə ümumi fonda keçirdi. Bərabərləşdirmə sistemi hökm sürürdü və bu zaman 200 manat maaş almış pensiyaçı faktiki olaraq, başqa potensial pensiyaçıların hesabına pul alırdı. Biz bu sistemi ləğv etdik. İndi hər bir pensiyaçı öz halal pulunu alır. Heç kimin şikayət etməyə haqqı yoxdur. Hamıya əməyinə və bacarığına görə! Hər şey maaşından asılıdır. Dövlət, sosial cəhətdən zəif təbəqə və dövlət qulluqçuları istisna olmaqla, öz öhdəliklərindən imtina edib”, - deyə S.Müslümov bildirib.
Yəni, Səlim müəllim öz arşını ilə ölçür. Amma rəsmi statistikanı ortaya qoysaq, görərik ki, ölkədə əhalinin neçə faizi 1000 manat əmək haqqı alır, neçə faizi 200 manat. Təbii ki, nazir arşını ilə ölçülsə, 1000 manat alanlar əsasdır. Ölkənin böyük əksəriyyətinin arşını ilə ölçsək, haqq yerini tutar.
Çox uzatmaq istəmirəm, müshibənin digər məqamlarında da müxtəlif məsələlərlə bağlı səslənən arqumentlər təxminən analojidir. Dediyim odur ki, Səlim müəllimin arşını ilə bizim arşınımız bir olası deyil. Ona görə də hərə öz arşını ilə ölçsə, yaxşıdır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər