13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:14 / 20-10-2025
Xaçmazda 34 yaşlı şəxs güllələnib
12:11 / 20-10-2025
DİN əhaliyə çağırış edib
12:11 / 20-10-2025
Tramp Çinə qarşı əsas tələblərini açıqlayıb
11:59 / 20-10-2025
Prezident 10 məmuru təltif edib - Siyahı
11:42 / 20-10-2025
Kəmaləddin Heydərov Ramiz Mehdiyevin oğlunu müdafiə edir
11:30 / 20-10-2025
Eldar Mahmudovun vəkili yayılan xəbərə reaksiya verib
11:26 / 20-10-2025
Qarabağ zonasında daha 1587.8 hektar ərazi minalardan təmizlənib
11:21 / 20-10-2025
Ötən ay xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmayıb
11:01 / 20-10-2025
Ruslar Sumı rayonunda dəmir yoluna ziyan vurub
10:57 / 20-10-2025
Mərmi qəlpəsi vitse-prezidentin kortejini zədələyib
10:46 / 20-10-2025
Su anbarında meyit tapılıb
10:35 / 20-10-2025
Sabiq idarə rəisi azadlığa buraxılıb
10:35 / 20-10-2025
Qızılın qiyməti yenidən artacaq
10:26 / 20-10-2025
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verəcək
10:22 / 20-10-2025
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
10:15 / 20-10-2025
Goranboyda kafedə kütləvi dava: xəsarət alanlar var
09:40 / 20-10-2025
Gəncədə 25 yaşlı gənc toyda bıçaqlanıb
09:21 / 20-10-2025
Dayanıqlı iqtisadiyyatı olan ölkələrin reytinqi açıqlanıb - Siyahı
09:20 / 20-10-2025
Şəmkirdə kişi avtomobil qaldırıcısının altında qalaraq ölüb
09:08 / 20-10-2025
İmperatorlara məxsus qiymətli əşyaları oğurlayıblar - Fotolar
08:59 / 20-10-2025
Zaxarova: Putinlə Trampın danışığından sonra diplomatlar çox çalışırlar
08:25 / 20-10-2025
Tufan Erhürman Şimali Kipr Türk Respublikasının yeni prezidentidir
08:18 / 20-10-2025
Qəzzada vəziyyət fəlakət həddinə çatıb
08:11 / 20-10-2025
Prezident seçkilərində “autsayder” qalib gəlib
08:05 / 20-10-2025
Atəşkəsdən sonra Qəzzada 51 nəfər öldürülüb
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

20:22 / 15-10-2025

Bizimkilər sponsor axtarır, onlar isə...
Tarix: 15-01-2018 12:12 | Bölmə: Zaur ƏHMƏD

Bir neçə il bundan əvvəl "Manaf Ağayev və Qarabağ bəyləri” başlıqlı yazı yazmışdım. Yazını ustadımız, müəllimimiz, görkəmli ziyalımız Şirməmməd Hüseynovun erməni susatan Mıtılkıç və Qarabağ bəyləri ilə bağlı bir söhbətindən bəhrələnərək qələmə almışdım.
Təbii ki, düşmən millətin hər hansı bir məsələdə bizdən üstün olması şəxsən məni incidir. Niyə axı? Biz hansı səbəbdən erməni kimi tarix boyu başqasının maşası olan, onun-bunun qabında gözü qalan, min-bir cildə girən toplumdan nədəsə geri qalmalıyıq? Niyə bizdə əksər məsələlərdə ümumi maraq şəxsi maraqdan önə çıxmır?
Bu sualları çox uzatmaq olar. Amma nə özümü, nə də sizi incitmək istəmirəm. Bir məsələni qeyd edim ki, hər nə olursa-olsun, bu millət baş tacıdır, uğrunda ölməyə layiqdir. Bəzən unutqan olsaq da, özümüzü daha çox istəsək də, yenə də "Öncə millət” demək lazımdır, deyirik də. Amma bir məsələ var ki, eyblərimizin üstünü örtməklə də iş bitmir. Ki, eyblərimizi qapada-qapada bu günə düşmüşük. Hələ 100-150 il öncə o, böyük kişilər bu millətin eyblərini deyəndə çoxları onları topa tuturdu. Guya onlar milləti təhqir edirmişlər. Haşa... Təhqir - olmayan bir şeyi deyəndə olur. Olanı demək, səhvi göstərmək milləti sevməyin ən düzgün yoludur.
Bu günlərdə internetdə maraqlı bir məlumatla rastlaşdım. "Şirməmməd Hüseynovun dediklərindən" başlığı ilə paylaşılmışdı. Marağımı çəkdi, oxudum və bir daha incidim. Görün, nələr olub.
"1911-ci ildə Sabir ölür. Abbas Səhhət istəyir ki, onun şeirlərini bir yerə yığıb kitab çap elətdirsin, çünki Sabir yazırdı, amma kitabı çap olunmamışdı. Heç öz kitabını görmədi də. Abbas Səhhət götürür qəzetlərdə elan verir ki, ay camaat, gəlin yardım edin, Mirzə Ələkbər Sabirin kitabını çap etdirək. Cəmi 26 rubl pul yığılır. Onun 5 rublunu Nəcəf bəy Vəzirovun qızı göndərir, qalanını da Sabirin şagirdləri 3 qəpik, 5 qəpik yığıb göndərirlər. Həmin ilin yayında azərbaycanlı qadınlarıyla erməni qadınları Dilicanda istirahət edirlərmiş. Necə olursa, erməni qadınları Sabirin kitabıyla bağlı elana rast gəlir. Qərara gəlirlər ki, yardım etsinlər. Bilirsiz niyə? Çünki Sabirin "Qorxuram" adlı şeirindəki "Harda müsəlman görürəm qorxuram", - misrası onların çox xoşuna gəlirdi... Bir yığıncaq təşkil edirlər, həmin yığıncaqda yığılan bütün pulları da göndərirlər kitabın çapı üçün. Beləcə, Mirzə Ələkbər Sabirin "Hop-Hopnamə" adlı ilk kitabı çap olunur və üstəlik, kitabın ilk nəşrinin ön sözündə də, kitabın kimlərin puluyla çap olunduğu qeyd olunur".
Bax, belə... Erməni qadınların hansı əxlaqa, hansı xarakterə malik olduqları barədə nəsə deməyə ehtiyac yoxdur. Onların hansı "yuvanın quşları” olduqları bəllidir. Amma onların ümummilli maraqlar ətrafında birləşmələri paxıllıq ediləcək qədər güclüdür.
Bizim Vətən, Millət, Dövlət üçün hər şeyi fəda edən qadınlarımız çox olub, indi də var. Minlərlə şəhid, qazi, döyüşçü dünyaya gətirən analarımız, isməti ilə şəhid ailəsi adını daşıyan xanımlarımız var. Onların haqqını yemək olmaz. Onlar bu millətin baş tacıdır, toxunulmazıdır.
Lakin təəssüf ki, bizim üzdə olan xanımlarımızda brend çanta, bahalı ayaqqabı, şuba, estetik əməliyyat və sair bu kimi mövzular ümummili maraqlardan öndə gəlir. Yəni, biri var sponsorluq edən, biri də sponsor axtaran xanımlar. Elə buna görə də hörmətli Şirməmməd müəllim ürək ağrısı ilə erməni qadınların ümummili maraqlara hesblanan "qadın dayanışmasından” danışır, amma bizimkilərdən sitat gətirə bilmir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər