08:57 / 15-09-2025
Xəzər dənizində zəlzələ olub
08:13 / 15-09-2025
Çində uçan naməlum obyekt vurulub?
08:08 / 15-09-2025
Husilər silahı yerə qoymağı düşünmürlər
08:01 / 15-09-2025
Gideon Saar Petro Sançesin hərəkətini “biabırçılıq” adlandırıb
07:55 / 15-09-2025
“Çarli Kirk şousu”nu Vens aparacaq
07:47 / 15-09-2025
Baş nazir: “İsrailə qarşı İslam ölkələrinin güc alyansını yaradaq”
07:39 / 15-09-2025
Azərbaycanda Bilik günü qeyd olunur
07:30 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib
18:40 / 14-09-2025
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
17:39 / 14-09-2025
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
17:31 / 14-09-2025
Prezident Şuşakənddə görülən işlərlə tanış olub - Fotolar
15:37 / 14-09-2025
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14:57 / 14-09-2025
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
13:50 / 14-09-2025
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
13:22 / 14-09-2025
Sabah yağış yağacaq
13:17 / 14-09-2025
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
11:49 / 14-09-2025
Qar və leysan yağır, çaylardan sel keçir
10:29 / 14-09-2025
Dünya çempionatı Bakıda keçiriləcək
10:10 / 14-09-2025
Bayramov Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
10:05 / 14-09-2025
İki qəzada üç nəfər həyatını itirib
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
06:10 / 11-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

21:32 / 10-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

17:29 / 10-09-2025

10:50 / 12-09-2025

Hərənin öz payı, yoxsa...
Tarix: 05-05-2018 08:43 | Bölmə: Zaur ƏHMƏD

Hər zaman sosial ədalətin tərəfində olmuşam. Kimsə kimsənin haqqını yeməsin, haqqı olanın haqqını verməyini arzulamışam, bacardığım qədər də tələb etmişəm.
Amma artıq bu ölkədə kimin haqlı, kimin haqsız olması, kimin payının az, kimin payının çox olduğunu müəyyən etmək müşkülə çevrilib. Aşağı baxırsan saqqal, yuxarı bağırsan bığ. Odur ki, indi seçim və qərar sizindir. Mən sadəcə, olanı yazacam. Qərarı özünüz verin.
Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırıldı. Dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 2280 manat maaş veriləcək. İndiyədək bu rəqəm 2070 olub.
Naxçıvan MR Ali Məhkəməsinin və apelyasiya məhkəmələrinin sədrləri Ali Məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, yəni 2052 manat maaş alacaq.
Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan MR ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrləri Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, 1 824 manat əməkhaqqı alacaq.
Digər məhkəmə sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, yəni 1 596 manat maaş nəzərdə tutulur. Bütün məhkəmələrin sədr müavinləri müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, yəni 1436 manat maaş alacaqlar.
Milli Məclis deputatlarının da maaşı artırıldı. Maaş artımına əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.
Milli Məclisin sonuncu plenar iclasında Ombudsmanın da maaşının və pensiyasının artırılması ilə bağlı məsələ müzakirəyə çıxarılıb və qərar verilib. Qanunun 16-cı (Müvəkkilin sosial, maliyyə və digər təminatları) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, Müvəkkil 2230 manat məbləğində aylıq əməkhaqqı alacaq. İndiyə qədər bu rəqəm 2025 manat olub.
Bunlar çox gözəl. Dövlət və millət adamları gərək yaxşı maaş alsınlar. Azərbaycan kimi zəngin bir ölkənin dövlət ərkanının nümayəndələrinin təminatı da yüksək olmalıdır.
İndi keçək digər kateqoriyadan olanlara. Hazırda ön cəbhətə xidmət edən orta zabit-gizir heyətinin maaşı otralama 600-1100 manatdır. Bu ilin əvvəlindəki 10 faizlik artımla 700-1200 manat olub. Hazırda təqaüddə olan orta zabit heyətinin pensiyası 500-1000 manat civarında idi, artımdan sonra 550-1100 manat həcmindədir.
Şəhid ailələrinə verilən Prezident təqaüdü 220 manat idisə, artımdan sonra 242 manat olub.
Qarabağ müharibəsində sağlamlığını itirən keçmiş döyüşçülərin aldıqları pensiyalar da bəllidir. 1-ci qrup 220-230, 2-ci qrup 90-100, 3-cü qrup 60-70 manat pensiya alır. Bununla yanaşı, 1-ci qrupa 180, 2-ci qrupa 157, 3-cü qrupa 130 manat Prezident təqaüdü verilir.
Bu ilin əvvəlində pensiyalara tətbiq edilən artıma əsasən, aylıq 150 manatlıq pensiya məbləği 8 manat 55 qəpik, 160 manatlıq pensiya məbləği 9 manat 12 qəpik, 170 manatlıq pensiya məbləği 9 manat 69 qəpik, 180 manatlıq pensiya məbləği 10 manat 26 qəpik, 200 manatlıq pensiya məbləği 11 manat 40 qəpik, 220 manatlıq pensiya məbləği 12 manat 54 qəpik olub.
Orta aylıq nominal əməkhaqqı 2016-cı ilə nisbətən 5,7 faiz artaraq 528,2 manata çatdırılıb.
Ölkənin müxtəlif təbəqələrindən olan peşə sahiblərinin əməkhaqqı hamıya bəllidir. Ona görə də siyahını uzatmıram. İndi özünüz qərar verin: Bu məmləkətin sərvətinin pay bölgüsü nə qədər ədalətlidir?
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər