21:46 / 16-10-2025
Trampla Putin Budapeştdə üz-üzə görüşəcək
20:20 / 16-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
19:43 / 16-10-2025
Döyüş robotu müharibəyə hazırdır
18:48 / 16-10-2025
Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
18:01 / 16-10-2025
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
17:56 / 16-10-2025
Ramiz Mehdiyevin planının üstü necə açılıb? - Şok detallar
17:09 / 16-10-2025
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16:56 / 16-10-2025
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
16:31 / 16-10-2025
Azərbaycan prezidenti Fransa səfirinin etimadnaməsini qəbul edib - Fotolar
16:25 / 16-10-2025
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
15:57 / 16-10-2025
Çin demoqrafik böhranı texnoloji üstünlüklə həll edir - Foto
15:43 / 16-10-2025
Keçmiş diplomata hökm oxunub
15:17 / 16-10-2025
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
15:02 / 16-10-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
14:56 / 16-10-2025
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
14:10 / 16-10-2025
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
13:44 / 16-10-2025
Ticarət müharibəsi dolları ucuzlaşdırır
13:23 / 16-10-2025
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
13:13 / 16-10-2025
Tramp: Hindistan Rusiyadan neft almayacaq
13:05 / 16-10-2025
Təndir çörəyinin ətri - Etibar Cəbrayıloğlu yazır
12:54 / 16-10-2025
Qazaxıstan Çindən Rusiyaya gedən minlərlə yük maşınını sərhəddə saxlayıb
12:38 / 16-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:29 / 16-10-2025
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
12:29 / 16-10-2025
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
12:23 / 16-10-2025
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
12:12 / 16-10-2025
Ukraynaya yenidən hücum olub, dağıntılar var
12:02 / 16-10-2025
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
11:48 / 16-10-2025
Xocavəndə növbəti köç olacaq
11:37 / 16-10-2025
Yasamalda iki nəfər güllələnib - (Yenilənib)
11:36 / 16-10-2025
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
23:11 / 11-10-2025

18:07 / 12-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

12:32 / 13-10-2025

Kasıbın şəhid, varlının məmur oğlu
Tarix: 12-04-2016 20:40 | Bölmə: Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər
Tarix: 12-04-2016 20:40 | Bölmə: Zaur ƏHMƏD

Dünyada ən qəribə qoxu müharibə qoxusudur. Sözlə ifadə edə bilməyəcək qədər qəribə… Nə pis demək olur, nə də yaxşı…
İlk dəfə bu qoxunu Cəbrayıl rayonunun işğalından bir qədər əvvəl babamgildə hiss eləmişdim. Sübh tezdən kəndin girəcəyində, dərədə qraddan açılan atəşdən sonra kəndimizi müharibə qoxusu bürüdü. Bəlkə də, bu qoxu çoxdan var idi, sadəcə, mən o andan hiss etməyə başlamışdım.
Müharibə qoxusunun ardıyca gələn ən qəribə hiss şəhid xəbəri almaqdır.Bu xəbəri ilk dəfə 22 il öncə aprel ayında almışdım. Tam dərk eləməsəm də,bu xəbərdən insanların necə sarsıldığını görürdüm. Amma bu ölüm xəbəri, adi ölümlərdən deyildi. İnsanların gözündə qürur qarışıq acı var idi. Sanki o qürur acıdan qıvrılmağa imkan vermirdi. İnsanı mətin olmağa məcbur edirdi…
22 il sonra, yenə də apreldə şəhid xəbəri aldım. 12 şəhid xəbərini alanda bir anlığa 22 il öncəyə getdim. Bir anlığa nə hiss etdiyimi özüm də anlamadım. Öz-özümə "Vətən sağ olsun!” dedim. Vətən sağ olsun, dövlətim var olsun!
Amma bu Vətən, bu dövlət təkcə kasıbların deyil.
Nəyə görə onu qorumaq, uğrunda can vermək, ölüb, öldürmək təkcə kasıbların taleyinə yazılmalıdır? Sözsüz ki, bu tale hər kəsə nəsib olmayacaq qədər şərəflidir. Amma bir o qədər də acı taledir…
Diqqət elədim. Şəhid cənazələri çıxan evlərin demək olar ki, hamısı kasıb evləri idi. Şəhid ataları, qardaşları nə qədər qürurlu olsalar da, tabuta sarılan bayrağı ovuclarına alanda əllərindəki qabar göz çıxarırdı. Yalnız o əliqabarlı kişilər «Vətən sağ olsun!» -demək qüdrətini özlərində tapırdılar. Bax, o kişilərin, o ailələrin yaşadıqları bu məmləkətə Vətən deməyə haqları çatır.
Cəbhədəki gərginliyin, şəhid xəbərlərinin gəldiyi bir vaxtda mediada belə bir xəbər getdi: "Rektorun oğlu səfir təyin olundu”.
Prezidentin sərəncamı ilə BDU rektoru Abel Məhərrəmovun oğlu İspaniyaya səfir göndərildi. Bu təyinatın belə bir məqamda gerçəkləşməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu.
Uzun-uzadı danışmayacam. Yəni, camaat deyir ki, kasıbın balasını Qarabağı, vəzifəlinin balasını Avropanı fəth etməyə göndərirlər. Acı da olsa, gerçəklik budur.
Cəbhə xəttindəki hərbi hissələrdə xidmət edən əsgərlərin hamısı kasıb ailələrin övladlarıdır. Varlıların övladları ya hərbi xidmətə getmir, ya da pul hesabına xidməti kurort kimi keçirirlər.
Digər tərəfdən, imkanlı və ya vəzifəli şəxslərin övladları hərbiçi də olmurlar. Çünki onlar üçün daha komfortlu peşələr var. Şirkətlər, banklar, hotellər, avtomobil qaleriyalarına rəhbərlik etmək, xaricdə təhsil almaq, bahalı maşın minmək, bir sözlə, dəbdəbəli həyat sürmək hərbiçi olmaqdan çox asandır.
Məmurların gülməşəkər balaları beşulduzlu hotel otaqlarını soyuq səngərə dəyişərlərmi? Əsla! Ona görə də hansısa məmur oğlu bu dəbdəbəli həyatı buraxıb cəbhə bölgəsində xidmət etməz, heç etmir də…
Dünyada qarşılıqsız sevilən yeganə nəsnə Vətəndir. Çünki onun sevgiyə cavab verəcək ürəyi yox, danışacaq dili yox. Lakin sonda şəhid övladını ehtiramla qucaqlayacaq böyük ağuşu var. Bu ağuşda uyumağı özünə şərəf bilənlər isə hər evdən çıxmaz…
Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər