2026-cı ildə ABŞ Ukraynaya 400 milyon dollar yardım edəcək
Tarix: 08-12-2025 09:12 | Bölmə: Siyasət

2026-cı ildə ABŞ Ukraynaya 400 milyon dollar yardım edəcək

ABŞ Konqresinin Nümayəndələr Palatası 2026-cı il üçün müdafiə büdcəsinin qanun layihəsini müzakirəyə təqdim edib.

Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Sənəddə gələn il Ukraynaya dəstək proqramı çərçivəsində 400 milyon dollar maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.

“Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsünün uzadılması və dəyişdirilməsi, 2026-cı maliyyə ili üçün - 400 milyon dollardır”, - qanun layihəsində deyilir.

E. KAMAL





Bölməyə aid digər xəbərlər