Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
Tarix: 23-01-2026 00:06 | Bölmə: Siyasət

Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkianla telefonla danışıb.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə prezidentin mətbuat xidməti yayıb.

Məlumata görə, söhbət zamanı prezidentlər Türkiyə ilə İran arasında ikitərəfli münasibətləri, eləcə də regional məsələləri müzakirə ediblər.

Ərdoğan İrandakı hadisələri yaxından izlədiyini bildirib. O, Türkiyənin İranda sülhə və sabitliyə böyük əhəmiyyət verdiyini qeyd edib. Türkiyə prezidenti əlavə edib ki, Ankara heç vaxt İranın işlərinə xarici müdaxiləni dəstəkləməyib.

Prezident Ərdoğan regionda problemlərin həllinin və gərginliyin qarşısının alınmasının Türkiyənin maraqlarına uyğun olduğunu vurğulayıb.

E. KAMAL





Bölməyə aid digər xəbərlər