İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
Tarix: 03-02-2026 23:25 | Bölmə: Siyasət

İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir

İran ABŞ ilə danışıqların yeri və formatında dəyişiklik tələb edib.

Reyting.az xəbər verir ki, bunu “Axios”-a iki mənbə bildirib.

İranlılar danışıqları İstanbuldan Omana keçirmək istəyirlər. Onlar həmçinin danışıqları bir sıra ərəb və müsəlman ölkələrinin müşahidəçi qismində deyil, yalnız ABŞ-nın iştirakı ilə ikitərəfli formatda keçirmək istəyirlər.

Qeyd edək ki, ABŞ və İran nümayəndələrinin fevralın 6-da İstanbulda görüşəcəyi bildirilirdi.

ELÇİN





Bölməyə aid digər xəbərlər