14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
“Postmüharibə dövründə də Türkiyənin regionda rolu və yeri əvəzsizdir” - Deputat
Tarix: 26-10-2021 16:13 | Bölmə: Slayd
“Postmüharibə dövründə də Türkiyənin regionda rolu və yeri əvəzsizdir”

"Azərbaycan-Türkiyə münasibətləri dövlətçilik tariximizin ən yüksək mərhələsindədir. Bu münasibətlərin əsası ulu öndərimiz Heydər Əliyevin "Bir millət - iki dövlət" ifadəsi əsasında qoyulub və dövlət başçılarımızın dostluq və qardaşlığı sayəsində günü-gündən möhkəmlənir".

Bunu Reyting.az-a Milli Məclisin üzvü Azər Badamov deyib.

Onun sözlərinə görə, dünyada eyni dilə və soykökə malik xalqlar çoxdur, amma Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, xoş və dar günlərdə bir-birinin yanında olan ikinci ölkə yoxdur.

A. Badamov əlavə edib ki, beynəlxalq tranzit layihələrin icrasında, işğal altındakı torpaqlarımızın azad edilməsində və yenidən bərpasında Türkiyə hər zaman Azərbaycanın yanındadır: “44 günlük Vətən müharibəsi dövründə Türkiyə prezidentinin bəyanatları ölkəmizə xüsusi güc verib, bizi beynəlxalq təzyiqlərdən sığortalayıb və böyük qələbəyə inamla addımlamağımıza şərait yaradıb”.


A. Badamov

Milli Məclis üzvü qeyd edib ki, postmüharibə dövründə regiondakı yeni reallığa uyğun münasibətlərin formalaşmasında da Türkiyənin rolu və yeri əvəzsizdir:

“Bu gün Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışına gəlməsi və işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma və abadlıq işləri ilə yaxından tanış olması Azərbaycana “çəp gözlə” baxan bir çox dairələrə mesajdır. Türkiyə və Azərbaycan arasındakı münasibətlər bir çox ölkələrə siqnaldır və gələcəyə inamla addımlamaqda ölkələrimizə güc verir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}