










Tarix: 25-04-2016 20:13 | Bölmə: Slayd

Ötən il Azərbaycanda baş verən devalvasiya və iqtisadi böhran hazırda kritik həddə yaxınlaşmaq üzrədir.
Birinci devalvasiyadan sonra hökumətin qeyri-rəsmi müdaxiləsi nəticəsində bazar və mağazalarda qiymətlər ciddi şəkildə artmasa da, sonradan bunu davam etdirmək mümkün olmadı. Artıq vəziyyət o həddə çatıb ki, ölkənin iri ticarət mərkəzləri həyəcan təbili çalırlar. Hətta sahibkarlar İqtisadiyyat Nazirliyinə müraciət edərək, yardım da istəyirlər.
Onu da qeyd edək ki, supermarket şəbəkələri rəhbərlərinin İqtisadiyyat Nazirliyinə müraciəti cəmiyyətdə birmənalı qarşılanmır. Müraciəti sərtləşən vergi yığımının bəzi arxalı iş adamlarında yaratdığı əks-reaksiya kimi qiymətləndirənlər də, etirazları haqlı sayanlar da var.
Amma mövcud vəziyyəti dəyərləndirən müstəqil ekspertlərin mövqeləri ondan idarətdir ki, əsas məsələ hansısa nazirliyin yoxlamaları sərtləşdirməsi, yaxud hansısa qurumun iş adamlarına dəstək verməsində deyil.
Ekspertlər hesab edirlər ki, hökumət hazırki durumda ümumi iqtisadi vəziyyətin stabilləşməsi üçün ciddi addımlar atmalıdır. Ancaq görünən odur ki, hələlik hökumət geniş spektri əhatə edəcək addımlar atmaq fikrində deyil. Ona görə də vəziyyət getdikcə gərginləşir.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev Reyting.az saytına bildirib ki, supermarket sahiblərinin üzləşdiyi problemin vədövlət qurumlarına müraciət etmələrininəsas səbəbini demək çətindir, çünki nə baş verdiyini prosesin içində olanlar daha yaxşı bilir.
A.Mehtiyevin sözlərinə görə, indiyə qədər Azərbaycanda sahibkarlar bu şəkildə həyəcan təbili çalmayıblar, adətən susmağı üstün tutublar:
«Ötən il devalvasiya baş verəndə hökumət inzibati vasitələrdən istifadə edərək, qiymət artımına imkan vermədi. Halbuki ölkə marketlərində satılan malların böyük əksəriyyəti xaricdən gətirilirdi, ya da əsas komponentləri idxal olunurdu. Bu baxımdan, devalvasiya qiymət artımına gətirib çıxarmalı idi. Amma inzibati tədbirlər ötən il qiymət artımına imkan vermədi. Qiymət artımı sonra baş verdi.
Diqqət edirsinizsə, son zamanlar gömrükdən keçən malların tam uçota alınması prosesi həyat keçirilir. Nəticədə istər-istəməz əlavə xərclər meydana çıxır. Bu da ölkəyə gətirilən malların qiymətinin artmasına səbəb olur».
Ekspertin fikrincə, bu müstəvidə ortaya çıxan narazılıqlar ölkədəki iqtisadi böhrandan doğur.
A.Mehdiyev onu da bildirib ki, hökumətin inzibati təzyiqlərə üstünlük verməsi narazılığı daha da artırır:
«Böhran prosesinin xüsusiyyəti ondan ibarətdir ki, satılan malın qiyməti artdıqca, əhalinin alıcılıq qabiliyyəti aşağı düşür. Bu da ölkəyə gətirilən malların həcminə, yaxud da keyfiyyətsiz olmasına rəvac verəcək. Təbii ki, bütün bunlar ölkədə yerli istehsalın olmamasından asılıdır. Ona görədəqarşıdakı dövrdəqiymət artımı qaçılmaz olacaq. Hökumət nəqədər inzibati üsulara əl atsa da, bu, qarşıalınmaz proses kimi davam edəcək. Bu səbəbdən də hökumət təcili islahatlar aparmalı və yeni mexanizmlər işə salınmalıdır».
Tanınmış iqtisadçı-alim Qubad İbadoğlunun fikirlərinə gəldikdə, deyib ki, supermarket sahiblərinin İqtisadiyyat Nazirliyinə müraciəti, dövlət orqanlarının ona reaksiyası və bu ətrafda gedən proseslər göstərdi ki, sahibkarlar qarşılaşdığı çətinlikləri bilərəkdən və ya bilməyərəkdən düzgün təqdim etmirlər: «Eyni zamanda, onların müraciətindəki "Əgər vergi güzəştləri verilməzsə qiymətləri qaldırmaq və işçiləri ixtisar etmək məcburiyyətində qalacaqlar”,- fikri də obyektiv deyildir. Çünki, qiymətlər kifayət qədər bahalaşıb, işçilər də mümkün qədər ixtisar olunub.
Ola bilər ki, qiymətləri pərakəndə satışla məşğul olan mağazalar deyil, topdansatış şirkətləri bahalaşdırıb. Bu ayrıca araşdırma tələb edən vacib məsələdir. Amma məsələ burasındadır ki, adı müraciətdə yer alan supermaketlərin bəziləri həm də bir sıra məhsulların idxalı ilə məşğul olur".
Q.İbadoğlu vergi güzəştlərini alan supermarket sahiblərinin qiymətləri ucuzlaşdırıb, işçiləri artıracaqlarına da ümid etmir. Onun fikrincə, böyük ticarət şəbəkələrinin ziyanla işləməsi yalnız vergilərin yüksək olması ilə əlaqədar deyil:
«Çox uzaq olmayan zamanlarda gömrükdə inhisarçılığın yığışdırılması və qeyri-rəsmi ödənişlərin azalması heç də qiymətlərin ucuzlaşmasını şərtləndirmədi, əksinə, idxal qiymətləri daha da bahalaşdı. Eyni zamanda manatın ucuzlaşmasını əsas götürüb qiyməti bahalaşdıranlar, nədən manat bahalaşanda qiymətləri endimirlər? Deməli, bu müraciətin arxasında başqa məqsədlər dayanır.
Hesab edirəm ki, böyük ticarət şəbəkələrinin birlikdə müraciəti həm də güc nümayişidir. Necə ola bilər ki, bir-birlərinə rəqib olanlar qısa zamanda birləşmək və vahid mövqe ifadə etmək fikrinə düşdülər?
Fikrimcə, supermarket sahiblərinin İqtisadiyyat Nazirliyinə birgə müraciətində əsas məqsəd həm dövlət orqanlarına və həm də istehlakçılara "Biz qiymətləri bir daha bahalaşdırmaq məcburiyyətindəyik”,- mesajını çatdırmaqdır.
Amma hesab edirəm ki, hətta onlar hər iki istəklərinə (həm vergi güzəştinə və həm də qiymət bahalaşmasına) nail olsalar da, mövcud böhranlı vəziyyətdən çıxmaq çətin olacaq. Çünki, indiki halda həm Mərkəzi Bankın buxovlayıcı monetar, həm də Maliyyə Nazirliyinin məhdudlaşdırıcı fiskal siyasəti nəticəsində alıcılıq qabliyyəti kəskin şəkildə aşağı düşüb. Ölçüsündən asılı olmadan bütün ticarət şəbəkələrinin əsas problemi budur. Bu problem də yalnış iqtisadi və sosial siyasətin nəticəsində yaranıb və bu siyasət davamlı olarsa, o halda özünün dağıdıcı effekti iləmilli iqtisadiyyatı vəxüsusilədəyerli biznesi daha açınacaqlı vəziyyətəsala bilər. Beləolan halda istehlakçılar nəinki qiymət bahalaşması, eyni zamanda istehlak mallarının keyfiyyətinin pisləşməsi və qıtlığının yaranması ilə də qarşılaşa bilərlər. Ona görə də, hesab edirəm ki, hökumət bu maraciəti diqqətə götürüb, vəziyyəti dərindən öyrənməli və bir-biri ilə əlaqələndirilmiş ciddi qərarlar qəbul etməlidir. Həmin qərarların konseptual əsaslarını Azərbaycan Demokratiya və Rifah Hərəkatının "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi"ndə təqdim etsək də, reallaşması ləngiyir. Belə şəraitdə islahatların effekti həm də vaxt amilindən asıldır. Nə qədər yubansaq, bir o qədər də xərclərimiz artacaq və çox itirəcəyik".
İqtisadçı ekspert Nemət Əliyevin fikirlərinə gəldikdə, müsahibimiz bildirdi ki, supermarket rəhbərlərinin bir araya gələrək həyəcan təbili çalmaları ciddi mesajdır və bundan nəticə çıxarılmalıdır:
«Onlar bildiriblər ki, indiki şəraitdə biznesin rentabelliyini və şəbəkələrdə çalışan işçi sayını qoruyub saxlamaq mümkün deyil, maddi sıxıntılar marketlərin bağlanmasını və işçilərin ixtisarını labüd edib və hazırda tətbiq edilən vergi dərəcələri, digər ödəmələr qiymətləri stabil saxlamağa imkan vermir.
Şəbəkə marketlərin rəhbərləri İqtisadiyyat Nazirliyinə ünvanladıqları müraciətdə vəziyyətdən çıxış yolu kimi bir sıra kütləvi istehlak mallarının yerli istehsalına vəsatışına tətbiq olunan 18 faizlik ƏDV-nin"0”dərəcə ilə əvəz olunmasını istəyiblər. Deməli, artıq belə davam etmək mümkün deyil və yol ayrıcına gəldik. Ya növbəti bahalaşma olmalı, ya da vergi dərəcələri kəskin şəkildə aşağı salınmalıdır. Yollardan biri əhalini daha da müflis edəcək, digəri isə sosial, iqtisadi, infrastruktur layihələrin həyata keçirilməsini məhdudlaşdıracaq.
Amma vergilərin düşəcəyini gözləmək sadəlöhvlük olardı. Bu olmayacaqsa, bahalaşma qaçılmazdır. Deməli, yerindəsaymaqla, real islahat çağırışlarını gözardı etməklə daha ağır vəziyyətə düşdük. Belə bir şəraitdə korrupsiya, rüşvətxorluq, monopoliya hələ də meydan sulayır».
Müsahibimizin sözlərinə görə, mövcud vəziyyət göstərir ki, hökumət biznes qurumlarına təzyiq edir və bunun da ağır nəticələri üzə çıxmaqdadır. Vergi orqanlarının supermarketlərin təkliflərinə bu cür reaksiya verməsi onu göstərir ki, bunların vergi dərəcələrini aşağı salmaq həvəsləri yoxdur. «Daha doğrusu, indiki dövrdə- büdcəimkanlarının həddindən artıq məhdud olduğu bir zamanda - vergi dərəcələrinin aşağı salınması da inandırıcı görünmür. Deməli, qiymətlər bahalaşmalıdır. Görürsünüzmü, hökumət necədilemma yaradıb? İllər uzunu atılan yanlış addımlardır ki, belə çıxılmaz vəziyyətə səbəb olub. Əgər ticarət şəbəkəsinin normal fəaliyyətini qoruyub saxlamaq lazımdırsa, beləçıxır ki, qiymətlər bahalaşacaq. Bu isə əhalinin sosial vəziyyətinin bir qədər də pisləşməsinə səbəb olacaq. Çünki əhalinin gəlirlərinin artım tempi, qiymətlərin artım tempindən onsuz da geri qalıb.
Hələrəsmi statistikanın açıqladığına görə, qiymətlər son üç ayda 11 faiz artıbsa, əmək haqqı 6 faiz artıb. Alıcılıq qabiliyyəti üzrəpisləşmə 4 faizdir.
Hələbu, qiymətlərin səviyyəsini aşağı göstərməkdə ad çıxarmış Statistika Komitəsinin rəqəmlərinin müqayisəsinə görə belədir.
Xarici valyutaya çevirib hesablasaq, bəlli olar ki, əhalinin pul gəlirləri bu ilin I rübündə 38 faiz, əmək haqqı isə 40 faiz enib”,-deyən N.Əliyevin sözlərinə görə, növbəti bahalaşmanın hansı fəsadlara səbəb olacağını, əhalinin sosial vəziyyətinə nə dərəcədə təsir edəcəyini bu rəqəmlər daha bariz göstərir: "Hökumətin əhalinin maaşlarını artırmaq istəyi və imkanları isə çox məhduddur. Təəssüf ki, hökumət bu məsələdə çox həvəssiz görünür».
Reyting.az
Bölməyə aid digər xəbərlər