Azərbaycanda polis işləyən kişi Moskvada adam öldürdü
Tarix: 08-11-2018 13:15 | Bölmə: Cəmiyyət
Azərbaycanda polis işləyən kişi Moskvada adam öldürdü

Moskvada yaşayış binasının liftində əczaçılıq şirkətinin qadın-menecerini öldürməkdə şübhəli bilinərək saxlanılan Azərbaycanda keçmişdə polis işləyib.

Reyting.az bildirir ki, etibarlı mənbənin məlumatına görə, 27 yaşlı Rövşən Şabanov başqa bir oğurluq zamanı saxlanılıb.

O, Şoloxov küçəsindəki yaşayış binasında qadının çantasını və 85 rubl dəyərində şəxsi əşyalarını oğurlayıb.

Saxlanılan Moskvada qeydiyyatsız yaşayır, bazarda işləyir və onun sözlərinə görə, 5 il əvvəl Azərbaycanda post-patrul xidmətinin əməkdaşı olub. O, bundan əvvəl Çertanovoda qarətə görə saxlanılıb.

İstintaq komitəsində qətldə şübhəli bilinən şəxsin saxlanıldığını təsdiqləyiblər. Burada kişinin 1991-ci ildə anadan olduğunu desələr də, onun şəxsiyyəti ilə bağlı ətraflı açıqlama verilməyib.

Bundan əvvəl yayılan məlumata görə, əczaçılıq şirkətində işləyən 51 yaşlı qadın liftdə 10 bıçaq yarası ilə aşkar olunub. Video müşahidə kameralarındakı kadrlardan görünür ki, binanın girəcəyində qadının arxasınca iki kişi də daxil olub, onlardan biri Şabanovdur. Bir neçə dəqiqə sonra hər iki kişi binadan çıxıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}