10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Dünyanın ən böyük sirlərindən birini açmaq istəyirlər
Tarix: 26-01-2024 11:06 | Bölmə: Slayd
Dünyanın ən böyük sirlərindən birini açmaq istəyirlər

Çin ərazisində, Cinpin dağlarının 2400 metr dərinliyində, kainat kütləsinin 80 faizdən çoxunu təşkil edə bilən qaranlıq maddəni izləmək üçün qurğu var. Sözügedən obyekt bu yaxınlarda əsaslı şəkildə yenilənib.

Reyting.az
xəbər verir ki, bu barədə “Futurism” yazıb.

Bildirilir ki, qaranlıq maddə kainatdakı strukturları bir arada saxlayan yapışqan kimi görünsə də, elmin bu çətin maddə haqqında öyrənəcəyi çox şey var.

Qaranlıq maddənin digər maddə ilə qarşılıqlı əlaqədə olmadığına, işığı əks etdirmədiyinə və udmadığına inanırlar. Çin isə bir əsrdir elm adamlarını çaşdıran kosmik sirri açmağa çalışanların önündə olmaq istəyir.

Xatırladaq ki, Çin Jinping Yeraltı Laboratoriyasının (CJPL) ilk bölməsi 2010-cu ildə açılıb. Laboratoriya daha sonra genişlənib və CJPL-II kimi tanınır; onun tikintisinə 2020-ci ildə başlanılıb. Beləliklə, çinlilər İtaliyanın ən dərin və ən böyük yeraltı laboratoriyası olan Laboratori Nazionali del Gran Sasso rekordunu üstələyib.

Bildirilir ki, obyektin nəhəng ölçüsü sayəsində alimlər detektorları müdaxilə edən kosmik şüalardan qoruyan minlərlə metr qayalardan istifadə edərək qaranlıq maddəni “ovlayacaqlar”.

Bolonyadakı Milli Nüvə Fizikası İnstitutunun fiziki Marko Selvi isə deyir ki, qaranlıq maddənin yer üzərində axtarışı hamının qışqırdığı stadionda uşağın zəif səsini eşitməyə çalışmaq kimidir.

Çin alimləri 119 kiloqramlıq maye ksenon detektorunu 4 tonluq “PandaX-4T” adlı detektora təkmilləşdiriblər. Güman olunur ki, qaranlıq maddə hissəcikləri fotodetektor sensorlarını işə salmaq üçün kifayət qədər işıq hasil edən ksenon atomu ilə toqquşmalıdır.

Şanxay Jiao Tonq Universitetinin fiziki Ning Zhou deyir: “Daha çox həssaslıqla biz detektorla təcrübə keçirə və müxtəlif növ qarşılıqlı əlaqəni sınaya bilərik”.

Çin Qaranlıq Maddə Təcrübəsi (CDEX) adlanan başqa bir detektor, silikona bənzər nadir kimyəvi element olan germaniumdan istifadə edərək müəyyən növ qaranlıq maddə hissəciklərinin aşkarlanmasına cavabdehdir. Onun köməyi ilə çinlilər WIMP - qaranlıq maddə roluna ən perspektivli namizəd olan hissəcik tapmaq istəyirlər.

Başqa sözlə, qaranlıq maddə üçün yarış başlayıb. Çin bu sirri aşkara çıxarmaq üçün ən qabaqcıl və bahalı avadanlıqdan istifadə etsə də, dünya hələlik öz sirrini elm adamlarından və detektorlardan gizlədir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər