Bayram Səfərov sədr vəzifəsindən getdi - Qurultay
Tarix: 20-12-2018 11:16 | Bölmə: Slayd
Bayram Səfərov sədr vəzifəsindən getdi

Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayında Tural Gəncəliyev quruma sədr seçilib.

Reyting.az
xəbər verir ki, Tural Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində anadan olub. Ali təhsillidir. Bakı Dövlət Universitetini Hüquqşünaslıq ixtisası üzrə bitirib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkili - Ombudsman Aparatında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Hazırda XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibidir.

Bayram Səfərov sədr vəzifəsindən getdi
Tural Gəncəliyev

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının 23 nəfərdən ibarət yeni idarə heyəti də təsdiq edilib.

Qurultayın qərarı ilə Asif Cahangirov idarə heyəti sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin isə Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.

Qeyd edək ki, bu günə qədər Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov idi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}