17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İşə qəbul üçün yeni imtahan keçiriləcək
Tarix: 20-12-2018 12:40 | Bölmə: Slayd
İşə qəbul üçün yeni imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) 23 dekabr 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.

Reyting.az
-ın məlumatına görə, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 483, BB qrupu üzrə 1365, ümumilikdə isə 1848 namizəd qeydiyyatdan keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Qeyd edək ki, dekabrın 23-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün də test imtahanı keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlərin sənəd qəbulu Dövlət Miqrasiya Xidməti tərəfindən aparılıb.

İmtahanda iştirak üçün 394 nəfərin namizədliyi qeydə alınıb.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni 2018-ci il dekabr 21-dək (saat 10.00-dan 17.00-dək) Dövlət Miqrasiya Xidmətinin Aparatından (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) götürə bilərlər.

Test imtahanı Azərbaycan Memarlıq və İnşaat Universitetinin I korpusunda saat 11.00-da başlanır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

• şəxsiyyəti təsdiq edən sənədin əsli;

• “İmtahana buraxılış vərəqəsi";

İmtаhаndа nаmizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycan Respublikasının tarixi və coğrafiyası, 10 sual informatika, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır.

İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl bir bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılırlаr.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}