BDU-nun rektoru səlahiyyətlərini təhsil nazirinin müavini icra edəcək
Tarix: 21-12-2018 21:13 | Bölmə: Slayd
BDU-nun rektoru səlahiyyətlərini təhsil nazirinin müavini icra edəcək

Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.

Məlumata görə, bu barədə təhsil naziri Ceyhun Bayramov bu gün əmr imzalayıb.

Reyting.az xəbər verir ki, Firudin Qurbanov BDU-nun icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq.

Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov Prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi. Həmin müddət isə sabah başa çatır.

Məlumata görə, Firudin Qurbanov sabah dekabrın 22-də saat 10:00-da Baku Dövlət Universitetinin kollektivinə təqdim ediləcək.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumatı Modern.az-a təsdiqləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}