14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bu qadın Argentinanın sahibinə çevrilməyi bacarmışdı - Fotolar
Tarix: 21-12-2018 23:29 | Bölmə: Slayd
Bu qadın Argentinanın sahibinə çevrilməyi bacarmışdı

Argentina prezidentinin həyat yoldaşı Xuan Perona-Evita heç bir rəsmi vəzifə tutmadan inanılmaz təsirindən istifadə edib. Sadə argentinalılar qulluqçu və fermerin qızının hətta qaranlıq keçmişini də bağışlayıblar. O, on minlərlə latın amerikalı üçün ikona nümunəsi olub. Bəziləri onu “Qırxıncı illərin Robin Qudu”, “Kasıbların ən sevimlisi”, digərləri – “Argentinanın xərçəng şişi” adlandırırdı. Ölkənin büdcəsini brilyantlara və dəbdəbəli paltarlar üçün Avropanın yüksək dərəcəli modelyerlərinə dağıdıb. Buna baxmayaraq, onu hələ də ölkədə unuda bilmirlər. Argentinadakı evlərin çoxunda qızılı saçlı qadının portretlərini tapmaq olar, onun məqbərəsi önündə isə həmişə şamlar yanır və qucaq-qucaq təzə gül dəstələri qoyulur.

1952-ci il iyulun 26-da bütün Argentina dərin matəmə qərq olub. Ölkə vətəndaşları radioqəbuledicilərin yanına qısılıb qorxduqları xəbəri eşidirdilər:

Bu qadın Argentinanın sahibinə çevrilməyi bacarmışdı

“Millətin mənəvi lideri, Argentinanın birinci xanımı Eva Peron ölməzliyə getdi”.

Bundan sonra yarım ay davam edən dəfn mərasimi başlayıb. Bu müddət ərzində yarım milyon adam ona təzim edib: kişilər ağlayıb, qadınların ürəyi gedib, bəziləri birinci ledinin balzamlaşdırılmış meyitinin olduğu şüşə tabutun yanında həyatına qəsd etməyə cəhd göstərib. İşıqlı gələcəklərini onunla bağlayan sadə argentinalılar Vatikana həddindən artıq məktub yollayaraq Evanı övliyalar sırasına keçirməyi xahiş ediblər.

Bu qadın Argentinanın sahibinə çevrilməyi bacarmışdı

Lakin ali işıqlı qadınların heç biri onu sevmirdilər və onların heç birinin birinci ledi kimi belə qiymətli daşlardan və brilyantdan kolleksiyaları yox idi. Yoxsulluqla böyüyən Evita ölkənin dəb qanunvericisi olub – onun qarderobu Christian Diorun paltarları, Salvatore Ferragamonun kostyumları, çoxsaylı kürklər və aldadılan insanları heyrətləndirən bəzək əşyaları ilə dolu idi. Prezidentin arvadının böyük ləl-cəvahirat kolleksiyası olub. Hətta indi də onun sevimli boyunbağı, sırğaları və üzükləri jurnal səhifələrindən düşmür, ən məşhur hərrac evlərinin lotlarlarına xidmət edir. Məsələn, 1978-ci ildə Van Cleef & Arpels firmasının göy yaqutdan sancağı 992 min dollara satılıb. Beş il sonra Christie's Birmanın BVLGARI zərgərlik evi onun yaqutlarla olan nadir brilyant boyunbağısını satışa çıxarıb və yarım milyon dollara satılıb.

Bu qadın Argentinanın sahibinə çevrilməyi bacarmışdı

Onların çoxu Perona iqamətgahında saxlanılırdı. Onun devrilməsindən sonra argentinalılar ərlə arvadın necə yaşadığının şahidi olub. “Evdə hökm sürən dəbdəbə Ələddinin mağarasını kölgədə qoyurdu. Şüşə rəflərdəki qızıl-zinət əşyalarının dəyəri 3 milyon dollardan artıq olub. Brilyantların bəziləri göyərçin yumurtası boyda idi. Şkaflarda 400-ə yaxın paltar asılıb – hamısı gözəl biçimli və fasonlu, son dərəcə bahalı olub. Ekspertlər hesablayıblar ki, Evita cütlüyünün ayaqqabıları 400 il geyinməyə bəs edərdi. Evita və onun əri bunun hamısını hakimiyyətdə olduqları 10 ildə toplaya biliblər. İstisna deyil ki, onlar sərvətin böyük hissəsini İsveçrəyə göndərdilər”, - britaniyalı jurnalistlər yazıblar.

Fahişə yolu

Bu qadın Argentinanın sahibinə çevrilməyi bacarmışdı

Eva Peron Buenos-Ayres əyalətindəki kiçik kənddə anadan olub və kiçik maldarlıq fermasının sahibi və ən kasıb mühacir-bask ailəsindən törəyən onun qulluqçusu Xuananın nikahdankənar 5 uşağının ən balacası idi. Atası avtomobil qəzasında öləndən sonra onun ikinci ailəsi faktiki yaşamaq üçün vəsaitsiz qalıb. İbtidai məktəbi çətinliklə bitirən Eva paytaxtı fəth etməyə yollanıb. Rəsmi tərcümeyi-halında yazılıb ki, o, kiçik aktyor qrupunda, reklam biznesində işləyib və radio tamaşalarında oynayıb.

Lakin bir çoxları hələ də onun cavanlığında fahişə olduğu barədə informasiya yaymaqdadırlar. Yeri gəlmişkən, hətta onun ən qatı düşmənləri bunu sübut edə bilməyiblər. Sonradan Eva Peron bütün gücü ilə öz keçmişini silməyə çalışırdı. O, faktiki buna nail olub. Hazırda yalnız bir şey dəqiq məlumdur ki, paytaxtdakı həyatının ilk illəri xoş keçməyib. “O, Buenos-Ayresə bir qəpiyi olmadan, yalnız köynək və yubkada, dəhşətli əyalət ləhcəsi ilə gəlmişdi”, - Evitanın bioqrafları yazırlar.

O da məlumdur ki, 1943-cü ildə onu növbəti varlı sevgilisi atıb getdi, ona gizli abort etdirdilər, o, xoşbəxtlik və ümumxalq şöhrətinin zirvəsində olanda, həyatın dibinə yuvarlandı.

Bu qadın Argentinanın sahibinə çevrilməyi bacarmışdı

Argentinada bir-birini əvəz edən hərbi çevrilişlərdə hakimiyyətə polkovnik Xuan Peron gəldi. Eva bu zaman özünün yeni himayəçisi vasitəsilə “Tarixin qəhrəmanları” radio tamaşasında baş rolun ifaçısı kimi müqavilə aldı. Nəticədə Jozefina, kraliça Yelizaveta, imperatriçə II Yelizaveta və çox sayda digər böyük qadınlar Evitanın səsi ilə danışmağa başladılar.

Özünün sosial siyasətinin təbliğində maraqlı olan Peron dəfələrlə Evanın işlədiyi radio stansiyaya gəlir. Rəsmi xronikada yazıldığına görə, 1944-cü il yanvarın 22-də baş verən görüş taleyüklü olub. O, diktatora yaxınlaşaraq cəmisi bir cümlə deyib: “Sağ olun, polkovnik, ona görə ki, siz varsınız”. Onlar o vaxtdan əbədiyyətə qədər ayrılmayıblar.

Bu qadın Argentinanın sahibinə çevrilməyi bacarmışdı

Polkovnik Peronla görüşdən sonra Eva karyera pilləkələnlərində sürətlə yüksəlməyə başlayıb: o, radio işçiləri həmkarlarının sədri, “Daha yaxşı gələcəyə doğru” siyasi radio verilişinin diktoru olub, “Bədxərc” filmində baş rolda çəkilib. O vaxt Evitanın qonorarı rekord məbləğə çatırdı.

Evita gözəl başa düşürdü ki, Peronu əhatə edən bankirlər, siyasətçilər, hərbçilər onu mənsəbpərəst təsadüfi məşuqə kimi qəbul edəcəklər. O, dəyişməyə qərar verir: sadəcə, Perona faydalı olmaq üçün.

Bu qadın Argentinanın sahibinə çevrilməyi bacarmışdı

Prezident seçkilərinə hazırlıq zamanı, cütlük evlənir. Ər-arvad Peronlar seçki kampaniyası zamanı ölkədə bir neçə səfər edib. Namizədin xanımının yanında olması ölkə üçün yenilik idi. Eva ərindən sonra çıxış edir, onun nitqi əsasən işçi qadınlara ünvanlanırdı. O, gözəl natiq kimi xalqla eyni dildə danışır, onların qəlbinə tez yol tapa bilirdi. Sadə argentinalıların təhsilinin aşağı səviyyədə olduğunu nəzərə alaraq, onun sözləri ünvanına tez çatıtdı.

Təəccüblü deyil ki, Peron 1946-ci il seçkilərində qələbə qazanıb və Eva birinci xanım olub. Onun cəmiyyətə təsiri gündən-günə artıb. Bəzi yüksək vəzifəli məmurların vəzifələrə təyin olunması və nazirlik portfellərindən məhrum edilmələri onun əlində çox asan iş olub, o, öz qohumlarını da unutmurdu. Dövlət başçısı ilə emosional bağlılığı möhkəmləndirmək üçün əmək adamları, fəhlələr qarşısında tez-tez çıxış edirdi. Eva özü iddia edirdi ki, "prezident və xalq arasında sonsuz məhəbbət körpüsü" olub.

Bu qadın Argentinanın sahibinə çevrilməyi bacarmışdı

Ali işıqlı xanımlar onu öz dövrələrinə buraxmaq istəmirdilər, birinci xanımın fəallığı onların xoşuna gəlmirdi. Lakin Evita buna fikir vermirdi: heç bir dövlət vəzifəsini tutmadan, o, Əmək nazirliyində vətəndaşların qəbulunu aparıb.

Evita 1947-ci ilin yayında Avropaya gedir. O, rejimin beynəlxalq səviyyədə tanınmasına nail olur və Xuan Peronanın daxili siyasətinin reklamına çevrilir. Onu hökmdar şərəfi ilə qarşılayırlar. Eva evə Avropadan taxıl və ət tədarükü üçün milyardlarla müqavilə ilə qayıdır. O, Peronadan sonra dövlətdə ikinci adam olur.

Avropa səfərindən sonra, bundan əvvəl bir çox bahalı geyimlərdən xoşu gələn Evanın yüksək dərəcəli modelyerlə dostluğu başlayıb. Koko Şanel özü onun anadangəlmə zövqlü olduğunu etiraf edirdi. Peronanın arvadı Christian Dior və Salvatore Ferragamo moda evlərində paltar sifariş edib. Bir zamanlar Evitanın qaynar gəncliyinə gülənlər indi onun axşam geyimləri və klassik kostyumlarına, təmkinli dəbdəbəsinə və zərifliyinə heyran olmağa başlamışdılar. O, yavaş-yavaş yalnız Argentinada deyil, bütün Latın Amerikasında dəb nümunəsinə çevrilir.

Konqres onun sayəsində 1947-ci ildə qadınlara seçki hüququnun verilməsi haqqında qanun qəbul edir. Peronanın elektoratının çoxalması argentinalıların dəstəyinə səbəb olur. “Eva Peron” xeyriyyə fondu fəal işləyir. Heç də könüllü qaydada yığılmayan vəsait rəsmən elan edilir. Milli lotereyanın keçirilməsindən, kazino gəlirlərindən ayırmalar, həmkarlar ittifaqlarından pul cəlb olunur. Böyük büdcəyə malik olan fond əhalinin kasıb təbəqələrinə yardım göstərir. Ölkədə onlarca yeni xəstəxana, uşaq bağçası tikilir.

“Argentina, mənə görə ağlama...”

Ölkədə iqtisadi vəziyyətin pisləşməsinə və sosial münaqişlərin gərginləşməsinə başmayaraq, Eva regionlara səfərlərini davam etdirib, ərini təbliğ edərək ona səs vermələrinə çağırır. Argentinalıların gözü qarşısında Peronun əsas ümidi kimi onun emosional çıxışları bəhrəsini verir – 1952-ci ildə onun əri yenidən prezident kürsüsünü tutur, ona “millətin dini lideri” titulu verilir.

Evita tədricən çox yorulur: o, arıqlayır və gündən-günə zəifləyir. Bir müddət sonra onu güclü qanazlığı ilə xəstəxanaya yerləşdirirlər. Məlum olur ki, uğursuz abort nəticəsində uşaqlığından xərçəngə yoluxub. Eva Peron xalq qarşısına sonuncu dəfə 1952-ci il iyunun 4-də çıxır. O, Peronanın ikinci inauqurasiyası zamanı Prezident Sarayının eyvanında görünüb. Kütlə qarşısındakı sonuncu nitqində deyib: “Argentina, mənə görə ağlama, mən gedirəm, ancaq sənə mənim olan ən bahalı Peronanı saxlayıram”.

Bu qadın Argentinanın sahibinə çevrilməyi bacarmışdı

Onun cənazəsi balzamlaşdırılaraq vida üçün qoyulur. Argentinalılar iki həftə ərzində öz sevimli birinci xanımlarının xatirəsini anmağa gəlirlər. Üç il onun meyiti Ümumi Əmək Konferderasiyasının kiçik kilsəsində, 1955-ci ildə onun əri növbəti hərbi çevriliş zamanı devrilənə qədər saxlanılır. Onun meyiti sonradan İtaliyaya göndərilib və Mariya Məci Mədcistris adı altında Milandakı qəbiristanlıqda dəfn edilir. 1971-ci ilin sentyabrında qalıqları artıq çoxdan İspaniyada yaşayan ərinə verilir və Madriddəki başqa qəbirstanlıqda basdırılır.

Peron 1973-cü ildə yenidən prezident olmaq üçün Argentinaya qayıdır. Onun ölümündən sonra yeni həyat yoldaşı İsabel Peron dövlət başçısı olanda, Evitanın qalıqları Madriddən gətirilərək Argentinada, Perona ilə yanaşı basdırılır. Lakin növbəti hərbi çevriliş nəticəsində İsabel devrilir və korrupsiyaya görə həbsxanaya göndərilir. Yeni hakimiyyət Evitanı bu dəfə Rikoleta qəbiristanlığında, Duarte ailəvi sərdabəsində - Evanın atası olub - yenidən dəfn edir.

Argentinalılar kraliça kimi, seçilmiş qadın haqqında danışırdılar. Onun qısa, ancaq parlaq həyatı həmişəki kimi tərəfdarları və əleyhdarları arasında kəskin polemikaya səbəb olur. İnkar etmək olmaz ki, Evanın sayəsində Latın Amerikasında qadınların cəmiyyətdə və siyasi həyatda rolu artıb. O, hakimiyyəti əsl-nəcabəti deyil, şəxsi keyfiyyətləri sayəsində alıb. Onun şəxsi uğurları sadə argentinalılar arasında müsbətə doğru dəyişikliklərə təsir göstərib.

Şöhrəti və gözəlliyi zirvəyə çatanda Evitanın vaxtından tez ölümü onu gənc argentinalıların xatirəsində saxlayıb. Onun romantik şəfəqlə əhatə olunan obrazı indiyədək qalmaqdadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}