07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Tərki-dünya diktator; Xo dayının ölümü sirlərlə əhatə olunub - Fotolar
Tarix: 29-12-2018 16:11 | Bölmə: Slayd
 Tərki-dünya diktator; Xo dayının ölümü  sirlərlə əhatə olunub

İndi haqqında yazdığımız diktator az şeyə qane olub. Vyetnamda Xi Şo Minin obrazını müasir ölkənin yaradıcısı, amerikalı müdaxiləçilərlə mübarizənin ilhamçısı və təşkilatçısı kimi ilahiləşdiriblər. O, 6 il onların üzərində qələbəyə qədər yaşamayıb, amma müstəqilliyin rəmzinə çevrilib: məhz onun dövründə ölkə Yaponiya və Fransanın zülmündən azad olub. O, hakimiyyəti illərində aqrar islahat aparıb və onun vəsiyyətləri ilə yaşamağa hazır olan inqilabi əhval-ruhiyyəli vyetnamlıların bütöv bir nəslini yetişdirib. Kommunist Vyetnamındakı ABŞ-ın ilk səfiri Piter Piterson onun haqqında bir dəfə belə deyib: “Xo Şi Min – o, Vyetnamın Corc Vaşinqtonudur”.

Layiqli liderin iqamətgahı


Dəbdəbəli prezident sarayının arxasında dirəklər üzərində ətrafında qızılgül və yasəmən ətri yayılan ikimərtəbəli balaca yay evi gizlənib. Orada cəmisi iki otaq yuxarıda və bir otaq aşağıda yerləşirdi. Yataq üçün nəzərdə tutulan ikinci mərtəbədəki otaqda yalnız çarpayı və kiçik tumba olub. Otaqların hər biri on metrdən böyük deyildi. Birinci mərtəbədə bambuk kreslo və uzun stol yerləşən, hər tərəfdən küləyə açıq olan ərazi iş kabineti idi və ev sahibi mehribanlıqla qonaqlarını qəbul edirdi. Stolun yanında kitab şkafının rəflərində Leninin əsərləri və ev sahibinin özünün yazdığı kitablar olub. Masanın kənarında bu sadə evdəki ən böyük dəbdəbəli şey “Babetta” yazı makinası dururdu.

 Tərki-dünya diktator; Xo dayının ölümü  sirlərlə əhatə olunub

Burada olarkən, inanmaq çətindir ki, bu ev ölkə liderinə, Vyetnamın diktatoru Xo Şi Minə məxsus olub. Şahidlərin sözlərinə görə, o tərki-dünya olub, sadə geyinib, ayağına ən ucuz səndəl geyinib, yeməyi də sadə olub, gündə bir fincan düyü ilə kifayətlənib. O, hökumət üzvlərini də sadə xalq kimi, yaşamağa çağırıb.

O dirəklər üzərindəki bu evdə 1958-ci ildən 1969-cu ilə - ölənə qədər yaşayıb. Şayiələr gəzirdi ki, Vyetnam müstəqillik əldə etdikdən sonra 1945-ci ildə Xo Şi Minə dövlət başçısı kimi Fransa general-qubernatorunun dəbdəbəli sarayında qalmağı təklif ediblər. Lakin o qəti imtina edib, xahiş edib ki, ona şəxsi iqamətgah tiksinlər. Onun layihəsi hazırlananda bir neçə arzusunu deyib: xahiş edirəm, iki otaqdan artıq olmasın, evdə heç bir ayaqyoluna da ehtiyac yoxdur.

Binanın düz qarşısında balıqlarla dolu göl olub. Vyetnamlılar danışırlar ki, onların lideri hovuzun yanında oturub onları yemləməyi sevirdi. Bununla belə, ona yenə də prezident sarayında yaşamaq nəsib olub: tikinti gedəndə dövlət başçısı figellərin birinə - binanın birinə yerləşib, lakin o tikilənə kimi kənd tipində tikilən çox sadə taxta evdə yaşamağa gedib.

Allah olmaq çətindir

 Tərki-dünya diktator; Xo dayının ölümü  sirlərlə əhatə olunub

Vyetnamlılar onu nəvazişlə və ailədəki kimi Xo dayı adlandırırlar. Şayiələr gəzirdi ki, o, səyahət hərisi, avantürist, gözəl natiq və parlaq siyasətçi idi. Xo Şi Minin şərəfinə bütün Vyetnamda ucaldılan məbədlərdə ona səcdə edirdilər. Belə ibadət tikililərindən biri, məsələn, Vunqtau şəhərinin kənarında yerləşir. İndi bu sakit əyalət şəhərciyidir, lakin əvvəllər o, kazinolar, restoranlar və fahişələrin yerli Las-Veqası sayılırdı. Vyetnam kommunistləri amerikalıları qovandan və şəhəri özlərinə qaytardıqdan sonra onlar Vunqtaudakı bütün məhsuldar yerləri yandırıblar. Yeri gəlmişkən, eyni aqibət Cənubi Vyetnamın paytaxtını - sonradan Xo Şi Min adlandırılan Sayqonu da gözləyirdi.

Vyetnamda başçıya qarşı şəxsiyyətə pərəstişə görə iki ideologiya bir-birinə qarışırdı. Belə ki, yerli buddistlər kommunistlərlə çiyin-çiyinə amerikalılara qarşı mübarizə aparıb, ona görə də hakimiyyətə gələn kommunistlər buddist məbədlərini dağıtmamışdılar. Digər tərəfdən, vyetnamlılar özlərini ateist hesab edirlər, Cənub-Şərqi Asiyada yaşayaraq mütləq ateist olmaq isə mümkün deyil.

Vunqtau şəhəri kənarındakı adi budda məbədinə oxşayır. Ona çatmaq üçün, mütləq təpəyə qalxmaq, əjdaha və şirlərlə bəzədilən ağır qapı arasından keçmək lazımdır. Həyətdə bütün buddist məbədlərindəki kimi böyük təbil və iri zəng var. Onu adi ibadət yeri kimi qəbul etmək olardı, əgər bir detalı olmasaydı: külək əsəndə dalğalanan ortasında oraq və çəkic təsvir olunan nəhəng qırmızı bayraq.

 Tərki-dünya diktator; Xo dayının ölümü  sirlərlə əhatə olunub

Bura tez-tez partiya işçiləri, müharibə veteranları, tələbə və şagird qrupları gəlir. Xo Şi Mİnə həsr olunan belə səcdəgahlara Vyetnamda evlərin çoxunda rast gəlmək olar. Başqa allahlar kimi ona da meyvə ilə yemək gətirirlər.

Xo Şi Min ölümündən sonra ölkədə onun belə şəxsiyyətinə pərəstiş yaradıldığını bilsəydi, reaksiyası necə olardı? Hökmdara yaxın olanlar əmindir ki, o, bunun qəti əleyhinə olardı. Vyetnam şəhərlərində üzərində Xo dayının təsviri olan futbol köynəkləri geyinən gənclərə rast gəlmək mümkündür.

Xo Şi Minin məqbərəsindən, yaxud məbədindən çıxan yerli sakinlər müqəddəs buddist yeri kimi binanın ətrafını dolaşırlar. Rəhbərin pərəstişkarları dayı Xonu tez-tez Budda ilə müqayisə edirlər: hər ikisi kiçik evlərdə yaşayıblar, çox sadə qidalanıblar. Yeri gəlmişkən, Xo Şi Min yoxsul kəndlilər kimi avtomobil şinlərindən hazırlanan ayaqqabılar geyinib.

Günəşdə ləkələr

 Tərki-dünya diktator; Xo dayının ölümü  sirlərlə əhatə olunub

Amma bu qədər günahsız obraz vyetnamlıların heç də hamısının etimadını doğrultayıb. Ölkədə tez-tez ortaya çıxan kitablarda rəhbərin müqəddəsliyinə şübhələr yaranır, hətta onun gizli çoxarvadlılığı haqqında ehtimallar irəli sürülür.

Məsələn, rəhbərin insan təbiətinə xas dəqiq bir zəifliyi məlum idi: o, çoxlu siqaret çəkirdi. Gündə bir neçə qutu siqaret çəkə bilərdi. Xo Şi Min Amerikanın “Philip Morris” siqaretlərinə üstünlük verirdi. Siqaret qutusu mütləq cibində olurdu. Digər cibində həmin firmanın Vyetnamda istehsal olunan siqaret qutusu olurdu. Birinci cibindəkini özü çəkərdi, ikincidəki ilə başqa insanlara qonaq edərdi.

 Tərki-dünya diktator; Xo dayının ölümü  sirlərlə əhatə olunub

Onun həyatdan getməsi sirlərlə əhatə olunub. Hesab edilir ki, onun silahdaşları ölümünü kameraya çəkiblər. Xo Şi Mİn 1969-cu il sentyabrın 2-də ölüb, amma yalnız ertəsi gün vəfat etdiyini rəsmən elan ediblər. Çünki sentyabrın 2-si inqilabın ildönümü qeyd edilib. Sonunun yaxınlaşdığını hiss etdiyindən kətandan yüngül kostyum geyinib, çarpayıya uzanıb və gözünü yumub. Onun silahdaşları Xo Şi Mini xilas etməyə cəhd göstərməyiblər və kədərli anı gözləyiblər.

Sadə vyetnamlılar Xo Şi Mini hələ də Allah hesab edir, məbədlərdə onun portretinin qarşısına ətirli çubuqları yığıb yandırır və təzə meyvə yığırlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}