16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ali məktəblərə qəbulda böyük korrupsiya sxeminin üstü açıldı
Tarix: 13-03-2019 12:36 | Bölmə: Cəmiyyət
Ali məktəblərə qəbulda böyük korrupsiya sxeminin üstü açıldı

Massaçusets ştatının prokurorluğu ABŞ-ın nüfuzlu universitetlərinə qəbulla bağlı böyük korrupsiya sxeminin üstünü açıb.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, bu haqda ştatın prokuroru Endryu Lellinq açıqlama verib.

Məlumata görə, korrupsiya sxemində 50 nəfərə yaxın adam iştirak edib.

Qeyd edilir ki, cinayətkar sövdələşmədə aktrisalar Felisiti Haffman və Lori Laflin də iştirak ediblər.

Massaçusets prokurorluğu sxemin bütün iştirakçılarına ittiham elan edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}