ABŞ İrana qarşı müharibəyə qoşulub - Üç nüvə obyekti vurulub - (Yenilənib)
Tarix: 22-06-2025 06:06 | Bölmə: Slayd
ABŞ İrana qarşı müharibəyə qoşulub - Üç nüvə obyekti vurulub - (Yenilənib)

ABŞ İsrail tərəfindən İrana qarşı müharibəyə qoşulub. Artıq ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə uğurlu hücum edib və bütün təyyarələr öz hava bazalarına qayıdıb.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, ABŞ İranın üç nüvə obyektinə, o cümlədən Fordo, Natanz və İsfahana yüksək uğurlu hücumu başa çatdırıb və bütün təyyarələr sağ-salamat geri dönüblər.

Tramp daha sonra qeyd edib ki, İranın Fordo nüvə obyekti artıq yoxdur.

***

İran Fordo nüvə obyektinin hava hücumuna məruz qaldığını təsdiqləyib.

Bu barədə IRNA Qum ostanının administrasiyasına istinadla məlumat yayıb.

Bildirilir ki, bir neçə saat əvvəl, Qum HHM sisteminin aktivləşdirilməsindən və düşmən hədəflərin aşkarlanmasından sonra, Fordo nüvə obyektinin ərazisinin bir hissəsi düşmən tərəfindən hava hücumuna məruz qalıb.

Xatırladaq ki, daha əvvəl Tramp İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.

***

Prezident Donald Tramp İranın üç nüvə obyektinə zərbələrdən sonra xalqa müraciət ünvanlayıb.

Reyting.az
-ın məlumatına görə, D. Tramp Ağ evdən müraciəti zamanı bildirib ki, ABŞ İranın uranı zənginləşdirən obyektlərini - Fordo, Natanz və İsfahanı tamamilə məhv edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər