23:34 / 21-05-2019
Azərbaycanda zəlzələ oldu
18:32 / 21-05-2019
Deşam “Yuventus”a gedir?
Yazıçı Anar intihar edən məktəblidən yazdı
Tarix: 24-04-2019 16:51 | Bölmə: Slayd
Yazıçı Anar intihar edən məktəblidən yazdı

Xalq yazıçısı Anar 162 saylı məktəbin ayın əvvəlində intihar edən şagirdi, 14 yaşlı Elina Hacıyeva haqqında yazıb. Reyting.az Musavat.com-a istinadla Xalq yazıçısının yazısını oxucularına təqdim edir:

***

Yeniyetmə Elinanın intiharı hamı kimi məni də dərindən sarsıtdı. Qarşıda böyük ömür yolu olan məsum qızcığazın həyatının belə erkən çağında dünyayla vidalaşması böyük təəssüf hissiylə bərabər ağır düşüncələr də oyadır. Belə bir addıma onu təhrik edən səbəblər, ətrafdakıların bir-birinin halına, ovqatına, qayğılarına, duyduqlarına ən azı laqeyd, biganə münasibəti günümüzün acı həqiqətlərindəndir.

Bu itkinin ən ağır iztirabını əlbəttə yaxınları, ailə üzvləri çəkir, onların kədərini paylaşır və dərin hüznlə başsağlığı verirəm.

Şübhəsiz obyektiv istintaq bu faciədə kimin nə dərəcədə təqsirkar olduğunu aşkarlayacaq, amma hələ istintaq tamamlanmamış kimisə «niyə ora gəldi, nə üçün gəldi, saat neçədə, hansı dəqiqədə hadisəyə müdaxilə etdi» üstündə suçlamaq, məncə, ədalətsizlikdir. Konkret olaraq yaxşı tanıdığım Xalidə xanım Bayramovaya qarşı yönəlmiş ittihamları nəzərdə tuturam. Yazıçılar Birliyi Səbail rayonun ərazisində yerləşir və bu rayonun İcra başçısının birinci müavini Xalidə xanım uzun illər boyu təşkilatımıza xeyirxah münasibət bəsləyir, tədbirlərimizdə iştirak edir, yazıçıların ona aid olan bütün məsələlərini həll etməkçün əlindən gələni əsirgəmir. Əsas vəzifəsindən başqa yeniyetmələr və uşaqlarla iş üzrə rayon komissiyasının sədri kimi, Xalidə xanımın bu məsələyə necə sədaqətlə və məsuliyyətlə yanaşmasını bilirəm.

«Yeni Müsavat» qəzetində bir neçə hörmətli deputatın fikirləriylə tanış oldum. «Hələ istintaq gedərkən kiminsə haqqında fikir söyləmək doğru olmaz» deyirlər. X. Bayramovaya qarşı ədalətsizliyin yolverilməz olduğunu deyirlər və mən də bu rəylərlə razıyam. Başqa bir deputatın verdiyi sual da yerindədir: «Yəni doğrudanmı cəmiyyətdə insanların bir-birinə qarşı mərhəmət hissi azalıb?»

Ömrü qırılmış nakam bir qızın faciəsindən məncə belə nəticə çıxarmalyıq ki, əvvəla hər kəsə – istər yaşlı, istər cavan, istər uşaq olsun dərd sərinə diqqətlə, həssaslıqla yanaşmalıyıq. İkincisi məsələnin mahiyyətinə varmadan, bütün faktlara obyektiv yanaşmadan, kimin haqqındasa amansız hökmlər verməklə cəmiyyətdə insanların bir-birinə qənim kəsilməsini, nifrət duyğularını daha da körükləmiş oluruq. Xalidə xanımın bu sınaqlardan mətanətlə və ləyaqətlə çıxacağına inanıram.

Anar
24 aprel 2019
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}