Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti azaldılır
Tarix: 12-11-2025 15:17 | Bölmə: Slayd
Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti azaldılır

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır.

Reyting.az
xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik təklif edilir.

Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı müdafiə komitəsinin bugünkü iclasında müzakirə edilib.

Dəyişiklik layihəyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılaraq 1 il (hazırda həmin müddət 1 il 6 aydır) müəyyən ediləcək.

Bundan başqa, layihəyə əsasən, müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rübəsi veriləcək.




Bölməyə aid digər xəbərlər