Zəngilana növbəti köç karvanı gedir
Tarix: 14-11-2025 08:07 | Bölmə: Slayd
Zəngilana növbəti köç karvanı gedir

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə 41 ailə - 110 nəfər köçürülüb.

Ağalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.




Bölməyə aid digər xəbərlər