18:03 / 01-12-2025
AXCP ləğv oluna bilər
Ölkəmizə qanunsuz yolla 2 milyon 440 min manatlıq qızıl məmulatlar gətirmək istəyiblər - Fotolar
Tarix: 29-11-2025 12:26 | Bölmə: Slayd
Ölkəmizə qanunsuz yolla 2 milyon 440 min manatlıq qızıl məmulatlar gətirmək istəyiblər

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat-axtarış tədbirləri əsasında xüsusilə külli miqdarda qızıl məmulatlarının qanunsuz yollarla Azərbaycana keçirilməsinə cəhd halının qarşısı alınıb.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Dövlət Gömrük Komitəsindən bildiriblər.

Məlumatın təhlili nəticəsində İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının “Terminal 1” gömrük postunun gömrük nəzarəti zonasında əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı çamadanın içərisindən gömrük orqanına bəyan edilməyən, xüsusilə külli miqdarda, 2 milyon 440 min 344 manat dəyərində, ümumi kütləsi 10 kiloqram 883,82 qram təşkil edən qızıldan hazırlanmış məmulatlar və 0,60 qram çəkidə 3 karat brilyant qaş aşkar olunub.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, qeyd olunan qızıl məmulatları, izi azdırmaq məqsədilə Dubaydan İstanbula, oradan isə digər şəxs tərəfindən Bakıya gətirilib.

Hazırda qeyd olunan faktda iştirakları olan bütün şəxslərin, eləcə də bu halın baş verməsinə şərait yaradan şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, bu cür qanunsuz hərəkətlər yolverilməzdir və onların qarşısı ən ciddi şəkildə alınmaqla bu hərəkətləri törədən şəxslər müvafiq məsuliyyətə cəlb ediləcəklər.








Bölməyə aid digər xəbərlər
{sape_links}