09:29 / 08-12-2025
Zelenski Trampı məyus edib
Əli Kərimli və Məmməd İbrahim DTX-da dindiriliblər - (Yenilənib)
Tarix: 30-11-2025 00:03 | Bölmə: Slayd
Əli Kərimli və Məmməd İbrahim DTX-da dindiriliblər - (Yenilənib)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindiriliblər.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, onların ilkin ifadələri barələrində aparılan araşdırma çərçivəsində alınıb.

AXCP sədri Əli Kərimli və onun müşaviri evində axtarış aparılması zərurəti bir müddətdir yaranıb.

Bu səbəbdən bu gün hər iki şəxsin evində axtarışlar aparılıb.

Buna səbəb DTX müstəntiqlərinin Ramiz Mehdiyevin cinayət işi ətrafından apardığı araşdırmada Əli Kərimli və onun sədri olduğu partiyanın "Boz kardinal"la əlaqəsini sübut edəcək dəlil və sübutlar toplamaqdır. Hazırda istintaq Ramiz Mehdiyevlə Əli Kərimli arasında cinayət məsuliyyəti yaradan əlaqələri araşdırır.

Xatırladaq ki, oktyabrın 14-də Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib.

Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş R. Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

O Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

***

Onu da qeyd edək ki, ölkə mətbuatı DTX-nın Əli Kərimlinin evində axtarış zamanı Ramiz Mehdiyev tərəfindən yazılmış məktub tapıldığını bildirir.

Məlumata görə, axtarış zamanı evdən "Milyarderlər İttifaqı" ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı və s. sənədlər tapılıb.

Dəlillər AXCP sədrinin "Boz kardinal"la əlaqələrinin olduğu şübhələrini ciddiləşdirir. İlkin araşdırmalar zamanı müxtəlif ünvanlarda axtarışlar aparıldığı, çoxsaylı şahidlərin dindirildiyi, əhəmiyyətli sübutlar əldə edildiyi barədə məlumatlar yayılıb.




Bölməyə aid digər xəbərlər