18:03 / 01-12-2025
AXCP ləğv oluna bilər
Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib - (Yenilənib)
Tarix: 30-11-2025 14:53 | Bölmə: Slayd
Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib - (Yenilənib)

Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib.

Reyting.az
-ın "Report"a istinadla verdiyi məlumata görə, o sosial şəbəkədə bildirib ki, bu gün guya "qızının ailəvi tədbiri ilə bağlı" həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib.

Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib.

Maraqlıdır ki, dünən Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb, daha sonra onlar DTX-də dindiriliblər.

Prosesin Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədar olduğu bildirilir.

Digər məlumata görə, dünən axşam saatlarında Milli Şuranın daha bir üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb və Azərbaycana deport olunmaq üçün İstanbul Arnavutköy miqrasiya məntəqəsinə aparılıb.

Maraqlıdır, belə proseslərin baş verdiyi saatlarda Cəmil Həsənli Dubayda hansı "təxirəsalınmaz ailə tədbirinə" gedirdi? İddia olunur ki, C. Həsənli istintaqdan yayınmaq üçün tələsik ölkəni tərk etmək istəyib...

***

Son məlumata görə, Cəmil Həsənli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində dindirilmək üçün DTX-yə çağırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}