18:03 / 01-12-2025
AXCP ləğv oluna bilər
Bakıda yeni mənzillər güzəştli qiymətlərlə satışa çıxarılacaq - Foto
Tarix: 01-12-2025 11:27 | Bölmə: Slayd

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzili satışa çıxaracaq. Satış 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-da başa çatacaq.

Reyting.az xəbər verir ki, Binəqədi Yaşayış Kompleksində satışa çıxarılan mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:

Studio tipli mənzillər – 48 120 manat

2 otaqlı mənzillər – 69 240 manat

3 otaqlı mənzillər – 87 480 manat

4 otaqlı mənzillər – 118 800 manatdan başlayır.

Satış prosesi "Güzəştli mənzillərin satışına dair qaydalar"a uyğun şəkildə aparılacaq. Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.







Bölməyə aid digər xəbərlər
{sape_links}