Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
SOCAR-a yeni müşavir təyin edilib
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
İrana hansı ssenari tətbiq olunacaq?
ABŞ Mars yarışında Çinə uduza bilər
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Tarix: 04-12-2025 20:46 | Bölmə: Slayd

“ABŞ Rusiya ilə sülh danışıqları zamanı Ukraynaya xəyanət edə bilər. Xüsusilə də Rusiya tərəfindən işğal olunmuş Ukrayna əraziləri məsələsində”.
Reyting.az-ın xəbərinə görə, Almaniyanın “Spiegel” nəşri Avropa liderlərinin iştirakı ilə keçirilmiş gizli telefon konfransından sızmış məlumatlara əsasən yazır ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron işlədib.
Qeyd olunur ki, ABŞ Ukraynanın müharibədən sonrakı təhlükəsizlik zəmanətləri ilə bağlı da ortaya aydın mövqe qoymayıb.
Nəşrin məlumatına görə, Almaniya kansleri Fridrix Merz və Fransa prezidenti Emmanuel Makron Ukrayna və Rusiya arasında aparılan sülh danışıqları məsələsində ABŞ-a qarşı dərin etimadsızlıq nümayiş etdirirlər.
Telefon danışığının qeydləri göstərir ki, Merz və Makron Ukrayna prezidenti Vladimir Zelenski və bir neçə digər yüksək vəzifəli Avropa siyasətçisi ilə söhbət zamanı ABŞ-ın Ukrayna və Avropaya xəyanət edə biləcəyi barədə xəbərdarlıq etmək üçün sərt ifadələr işlədiblər.
Makron bildirib ki, ABŞ təhlükəsizlik zəmanətlərini dəqiq müəyyənləşdirmədiyinə görə, ərazi məsələsində Ukraynaya xəyanət ehtimalı mövcuddur.
Fransa prezidentinin sözlərinə görə, Zelenskinin qarşısında “böyük təhlükə” dayanır.
“Spiegel” yazır ki, Rusiyanın ərazi güzəştləri tələbi danışıqların ən həssas və çətin məqamlarından biridir.
Merz isə Zelenskiyə yaxın günlərdə “çox ehtiyatlı” olmağı məsləhət görüb.
“Onlar eyni vaxtda həm sizinlə, həm də bizimlə oyun oynayırlar”, - deyə Almaniya kansleri bildirib. Onun bu fikri ilə, yəqin ki, ABŞ-ın Kremldə Vladimir Putinlə görüşən iki nümayəndəsi - tikinti maqnatı Stiv Uitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni Cerad Kuşner nəzərdə tutulub.
“Spiegel” yazır ki, bu hal Avropa liderlərinin Trampın iki etibarlı nümayəndəsinə qarşı duyduğu dərin etimadsızlığı əks etdirir.
Məlum olur ki, Tramp ilə yaxşı münasibətləri olan azsaylı Avropa liderlərindən biri - Finlandiya prezidenti Aleksandr Stubb da ABŞ prezidentinin iki nümayəndəsi barədə ehtiyatlı davranmaq lazım olduğunu bildirib.
“Biz Ukraynanı və Vladimiri (Zelenski nəzərdə tutulur-red.) bu şəxslərlə tək buraxmamalıyıq”,- deyə Stubb vurğulayıb.
Bu fikri NATO-nun baş katibi Mark Rütte də dəstəkləyib: “Aleksandrla razıyam, biz Vladimiri qorumağa borcluyuq”.
Qeyd edilir ki, Avropa liderlərinin telefon konfransı dekabrın 1-də olub.
Xatırladaq ki, Trampın xüsusi nümayəndəsi Uitkoff və Kuşner dekabrın 2-də Moskvada Rusiya prezidenti ilə beş saatlıq danışıqlar aparıblar. Bəzi məlumatlara görə, həmin görüşdən sonra amerikalı nümayəndələr Brüsselə - guya Zelenski ilə görüşməyə yollanmalı olsalar da, görüş sonradan ləğv edilib.
Bununla yanaşı, Moskvada Putinlə danışıqlar əhəmiyyətli nəticə verməyib.
Y. QACAR
Bölməyə aid digər xəbərlər
















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır