Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
SOCAR-a yeni müşavir təyin edilib
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
İrana hansı ssenari tətbiq olunacaq?
ABŞ Mars yarışında Çinə uduza bilər
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Tarix: 05-12-2025 13:10 | Bölmə: Slayd

İran İslam Respublikasında uzun illərdir davam edən quraqlıq ölkənin su ehtiyatlarının ciddi şəkildə azalmasına səbəb olub və hökuməti radikal həll yolları axtarmağa məcbur edib.
Reyting.az xəbər verir ki, İranın energetika naziri Abbas Əliabadi su təchizatındakı ciddi çatışmazlığa görə qonşu ölkələrdən su ala biləcəklərini bildirib.
Xarici su təchizatına açıq olduğunu elan edən Türkiyə, İrana su verə biləcək potensial namizədlərdən biri kimi göstərilir. Lakin Türkiyə Meteorologiya Xidmətinin məlumatlarına görə, son bir ildə Türkiyənin İranla həmsərhəd əyalətlərində orta və şiddətli quraqlıq hökm sürür. Bundan başqa, ölkənin bir çox bölgəsi də kifayət qədər yağıntı olmadığından quraqlıqla üzləşir.
Türkiyədən başqa, İran ətrafındakı vəziyyət də ürəkaçan deyil. İraq, Əfqanıstan və Pakistan da daxil olmaqla, regionun böyük hissəsi şiddətli quraqlıqla mübarizə aparır.
İran Meteorologiya Xidməti 2025-ci ilin payızını son 60 ilin ən quraq mövsümü kimi xarakterizə edir. Yağıntıların azalması xüsusilə paytaxt Tehran və ətraf ərazilərdə özünü göstərir - yağıntılar əvvəlki illə müqayisədə 40 faiz azalıb. Su ehtiyatları kritik səviyyəyə çatdığı üçün rəsmi qurumlar təxminən 10 milyon əhalisi olan Tehranda qismən evakuasiya məsələsini müzakirə etdiklərini bildirirlər.

İqlim dəyişikliyi quraqlığın əsas səbəblərindən biri kimi göstərilsə də, ekspertlər qüsurlu kənd təsərrüfatı siyasətinin böhranı daha da dərinləşdirdiyini qeyd edirlər. İranın su istehlakının 90 faizi kənd təsərrüfatına gedir, lakin hökumətin yüksək su tələbatı olan bitkilərə davamlı subsidiyaları ciddi tənqidlərə səbəb olur.
BMT eksperti Kaveh Madani “Forbes” jurnalında dərc olunan qiymətləndirməsində İrandakı vəziyyəti “su iflası” adlandırıb: “Bu, sadəcə su böhranı deyil; bu, təbiətin bərpa edə biləcəyindən daha çox su istehlak edən bir sistemin dağılmasıdır”.
N. ORUCOV
Bölməyə aid digər xəbərlər
















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır