Zülfüqarov: İrandakı etirazların arxasında ölkənin siyasi elitasının bir hissəsi dayanır
Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
SOCAR-a yeni müşavir təyin edilib
Şəhid Bəhmən Səfərəliyevin xatirəsi anılıb - Video
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
İrana hansı ssenari tətbiq olunacaq?
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
Tarix: 05-12-2025 16:37 | Bölmə: Slayd

“Ermənistandakı kütləvi həbslərə, insan hüquqlarının pozulmasına Qərb və Avropa tərəfindən heç bir etiraz olmayacaq, indiyə qədər də olmayıb. Ancaq Azərbaycanda kiçik bir hadisə baş verən kimi dərhal Avropadan əsassız etiraz səsləri ucalır. Sözsüz ki, bu, ikili standratın bariz göstəricisidir. Amma Ermənistanda Nikol Paşinyan hakimiyyətinin siyasi düşərgəyə, dini kəsimə və mətbuat nümayəndələrinə qarşı aqressiv davranışları Avropa və Qərb strukturlarını sanki narahat etmir”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev Ermənistanda baş verənləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ölkədə insan haqlarını pozub, medianı susdurub, digər qeyri-qanuni hərəkətlər etsə də, Qərb və Avropa strukturları, hüquq müdafiəçiləri susmağı üstün tuturlar.
C. Nuriyev bildirib ki, söhbət, sadəcə, belə məsələlərdə Qərbin və Avropanın Ermənistana və digər ölkələrə münasibətdə ikili standartlarından gedir:
“Onlar bilirlər ki, Paşinyanın ölkəsində qanunu pozmaq halları, insan hüquqlarına əks tədbirlər olsa da, Rusiyaya bağlı qüvvələri təmizləyir. Çox güman ki, bu dəfə də buna görə susurlar. Amma Azərbaycanda insan hüquqları ilə bağlı kiçik bir narahatlıq yaranarsa, bunu əsassız olaraq şişirdir, yersiz bəyanatlar verirlər. Əlbəttə, bütün bunlar siyasi ikiüzlülükdən başqa bir şey deyil”.
Müsahibimiz xatırladıb ki, hazırda Azərbaycanın ictimai-siyasi düşərgəsi Ramiz Mehdiyevin dəstəsindən təmizlənir, onlara qarşı ölçü götürülür. “Ancaq diqqətlə baxdıqda görürük ki, hansısa qurumlar buna etiraz edir. Niyə? Halbuki onlar yaxşı bilirlər ki, bu, ölkənin təhlükədən qorunması üçündür. Əgər bilmirlərsə, yaxın gələcəkdə görəcəklər ki, müdafiə etdiyi şəxslər Rusiyaya yaxın olublar”,- deyə C. Nuriyev əlavə edib.
Professor əmindir ki, Avropa və Qərb strukturları bundan sonra da Ermənistanda baş verəcək insan hüquqları pozuntularına və digər məsələlərə “dözümlü” yanaşacaq, səslərini çıxarmayacaqlar. Paşinyan hakimiyyəti də bundan yararlanmaqda davam edəcək: “Söhbət ondan getmir ki, biz Paşinyana qarşıyıq və onun hakimiyyətdən getməsini arzulayırıq. Söhbət ondan gedir ki, ciddi qurumlar bütün məsələlərə münasibətdə obyektiv yanaşma sərgiləməlidir. Bəli, Paşinyan bu işləri yalnız öz hakimiyyətini qorumaq naminə görmür, eyni zamanda ölkəsini Rusiyanın agentura şəbəkəsindən təmizləyir. Ancaq bu zaman sərt üsullardan, repressiyalardan istifadə olunsa və insan hüquqları pozulsa da, Qərb və Avropa İttifaqı buna susqun yanaşır. Bu isə ikili standartlardan qaynaqlanır”.
N. ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır