Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
SOCAR-a yeni müşavir təyin edilib
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
İrana hansı ssenari tətbiq olunacaq?
ABŞ Mars yarışında Çinə uduza bilər
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Tarix: 10-12-2025 19:16 | Bölmə: Slayd

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında özü üçün həyati əhəmiyyət daşıyan oyuna çıxacaq. Beş turdan sonra hesabında 7 xal olan Azərbaycan çempionu növbəti mərhələyə yüksəlmək şansını artırmaq üçün mütləq “Ayaks”a qalib gəlməlidir.
Reyting.az-ın məlumatına görə, “Qarabağ” hazırda pley-offa vəsiqə verən ilk 24-lükdə - daha dəqiqi, 21-ci yerdə qərarlaşıb və “Napoli” və “Yuventus” kimi İtaliya nəhənglərini qabaqlayır. Qələbə komandanı turnir cədvəlində “Marsel”, “Qalatasaray”, “Monako” və PSV-dən də önə keçərək 15-17-ci mövqeyə yüksəldə bilər. Yarışın ilk oyununda qalib gələn təmsilçimizin qələbəsiz seriyası isə artıq üç oyuna çatıb.
Bu uğursuz seriyanı dayandırmaq üçün rəqib də münasibdir. Amma təbii ki, bu mövsüm Çempionlar Liqasında bütün oyunlarını uduzan, 1:16 top fərqi ilə sonuncu - 36-cı pillədə qərarlaşan “Ayaks” da Bakıda ilk xal və ya xallarını qazanmaq niyyətindədir.
Bununla belə, Amsterdam təmsilçisi ölkəmizə bu mövsüm Niderland liqasında ilk dəfə ardıcıl iki qələbə qazanaraq gəlib. Komanda milli çempionata məğlubiyyətsiz yeddi oyunla başlasa da, sonrakı altı qarşılaşmada yalnız bir qələbə əldə edərək liderlərdən geri düşmüşdü. Ardıcıl iki qələbə isə vəziyyəti qismən düzəldib və “Ayaks”ı turnir cədvəlində 4-cü pilləyə yüksəldib. Sonuncu dəfə 2022-ci ildə Niderland çempionluğunu qazanan komandanın bu mövsüm də birinci olacağı real görünmür, çünki artıq lider PSV-dən 14 xal geri qalır.
Ötən mövsüm Avropa Liqası çərçivəsində Bakıda “Qarabağ”a 3:0 hesabı ilə qalib gələn “Ayaks” üçün bu dəfə üç xal qazanmaq asan olmayacaq. Meydan sahiblərinin iki qırmızı vərəqə aldıqları həmin görüşdə qolları vuran futbolçulardan Niderland millisinin hücumçuları Vout Veqhorst və Kennet Teylor zədə səbəbindən, ingiltərəli Çuba Akpom isə “İpsviç”ə getdiyindən bu oyunda iştirak etməyəcəklər. Onların yoxluğunda hücumda əsas yük Danimarka millisinin forvardı Kasper Dolberqin üzərinə düşəcək. Arxa xəttdə isə Xorvatiya millisinin mərkəz müdafiəçisi Yosip Şutalonun zədə üzündən yoxluğu diqqət çəkir.
“Qarabağ”ın heyətində də itkilər var. Zədəli Abbas Hüseynov və Kadi Borgesin qarşılaşmanı buraxacaqları bildirilir.
Daha bir maraqlı fakt ehtimal olunan əsas heyətlərin orta yaşı ilə bağlıdır. “Qarabağ”da bu göstərici 27,2-yə, “Ayaks”da isə 23,7-yə bərabərdir.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-“Ayaks” oyunu Bakı vaxtı ilə saat 21:45-də başlayacaq və İctimai TV ilə canlı yayımlanacaq.
Rasim
Reyting.az
Bölməyə aid digər xəbərlər
















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır