Berlində ABŞ-Ukrayna danışıqları bu gün davam edəcək - Yenilənib
Tarix: 15-12-2025 08:17 | Bölmə: Slayd

Berlində ABŞ-Ukrayna danışıqları bu gün davam edəcək

Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşner arasında Almaniyanın paytaxtı Berlində görüş başlayıb.

Reyting.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidenti özünün Telegram kanalında paylaşım edib.

Görüşdə Almaniya kansleri Fridrix Mers də iştirak edir.

“Biz Amerika tərəfi ilə görüşə hazırlaşırıq. Bir çox mühüm məsələlər nəzərdən keçirilir və hər bir layihənin bütün bəndləri üzərində diqqətlə işləyirik. Ən vacibi odur ki, tərəfdaşlarımızla razılaşdırdığımız bütün addımlar real şəkildə həyata keçirilə və etibarlı təhlükəsizlik zəmanətlərini təmin edə bilsin. Yalnız möhkəm zəmanətlər sülhə yol aça bilər. Ümid edirik ki, tərəfdaşlarımız da konstruktiv əməkdaşlığı davam etdirəcəklər”, – deyə Ukrayna lideri görüş ərəfəsində qeyd edib.

***

Almaniyanın paytaxtı Berlində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqlar bu gün davam etdiriləcək.

Reyting.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

UkraynaprezidentininmüşaviriDmitriLitvindeyibki, beş saat davam edən danışıqlardan sonra tərəflər görüşü bu gün davam etdirmək barədə razılığa gəliblər.

Ukrayna prezidenti Zelenskinin növbəti raund başa çatdıqdan sonra danışıqların gedişatını şərh edəcəyi gözlənilir.

“ABŞ və Ukrayna nümayəndə heyətləri Berlindəki danışıqlarda "əhəmiyyətli irəliləyiş" əldə ediblər”. Bunu ABŞ prezidentin xüsusi elçisi Uitkoff deyib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
8-01-2026, 15:17 İranda nə baş verir?