Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Tarix: 15-12-2025 13:36 | Bölmə: Gündəm

Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

Reyting.az xəbər verir ki, bu gün köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 22 ailə (85 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

***

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.

Reyting.az xəbər verir ki, doğma yurda qayıdan sakinlərə evlərinin açarları təqdim olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.





Bölməyə aid digər xəbərlər