Türkiyənin də kosmodromu olacaq
Tarix: 16-12-2025 00:03 | Bölmə: Slayd

Türkiyənin də kosmodromu olacaq

Türkiyə Somalidə öz kosmodromunun tikintisinə start verib.

Reyting.az bildirir ki, bu barədə məlumatı "Türkiye Today" nəşri yayıb.

"Baykar" şirkətinin rəhbəri Səlcuq Bayraktar deyib ki, Türkiyənin Somali ərazisində - okeana çıxışı olan 30×30 kilometrlik sahəsi var.

Onun sözlərinə görə, tikintisi aparılan həmin ərazi kosmodrom üçün tamamilə uyğundur və raketlərin buraxılması üçün çox əlverişlidir.

Bayraktar əlavə edib ki, dünyada belə imkanlara malik cəmi 12 ərazi var.

Qeyd edək ki, Türkiyə kosmik sahədəki fəaliyyətini 2010-cu illərdən gücləndirib və sürətlə inkişaf etdirir.

Xatırladaq ki, 2018-ci ildə Türkiyə Kosmik Agentliyi yaradılıb və 2021-ci ildən milli kosmik proqram elan olunub.

Onu da qeyd edək ki, 2024-cü ildə Türkiyə tarixində ilk dəfə türkiyəli astronavt Alpər Gezeravcı ABŞ-nın "SpaceX AX-3" missiyası tərkibində kosmosa uçub.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
8-01-2026, 15:17 İranda nə baş verir?