Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
SOCAR-a yeni müşavir təyin edilib
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
İrana hansı ssenari tətbiq olunacaq?
ABŞ Mars yarışında Çinə uduza bilər
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Tarix: 16-12-2025 16:18 | Bölmə: Slayd

Ermənistan və Azərbaycan arasında sülh perspektivi, görünür, Bakı ilə onun digər Cənubi Qafqaz qonşusu Gürcüstan arasında düşmənçilik yaradır.
Azərbaycanda tez-tez rəsmi düşüncəni əks etdirən iki media orqanı son həftələr Gürcüstan hökumətini Azərbaycan ticarətinə mane olmaqda ittiham edən bir sıra kəskin xəbərlər dərc edib. Hesabatlarda Gürcüstanın avqustda Vaşinqtonda imzalanmış Ermənistan-Azərbaycan müvəqqəti sülh sazişini pozmaq üçün məqsədyönlü hərəkət etdiyi bildirilir.
Reyting.az xəbər verir ki, bu barədə “Eursia.net” yazıb.
Təhlildə qeyd olunur:
Tbilisinin hərəkətlərini şərtləndirən bir çox motivlərin olduğu görünür və Azərbaycan mediası onları sadalayır:
Birincisi, gürcü rəsmiləri sülh sazişinin mərkəzi hissəsi olan planlaşdırılan TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) ticarət dəhlizinin Gürcüstandan keçən mövcud marşrutları köhnəldəcəyindən narahatdırlar.
İkincisi, Tbilisi həm İrəvanı, həm də Bakını Rusiyanın geosiyasi və iqtisadi orbitində möhkəm saxlamaq üçün Kremlin göstərişini yerinə yetirə bilər.
Ermənistan və Azərbaycan rəsmiləri sülh sazişini və TRIPP-in əməliyyat təfərrüatlarını yekunlaşdırmaq üçün yavaş-yavaş çalışdıqca, Azərbaycanın yük maşınları və dəmir yolu nəqliyyatı ilə beynəlxalq ticarəti Gürcüstandan böyük dərəcədə asılı qalır. Ermənistanla Azərbaycan arasında birbaşa əlaqələr onilliklər davam edən münaqişə zamanı kəsilib və bərpası üçün çoxlu sərmayə tələb olunacaq.
“Minval Politika”-nın dekabrın 5-də dərc edilmiş şərhində deyilir:
“Bu gün Gürcüstan faktiki olaraq sabit regional sülh arxitekturasının və qarşılıqlı faydalı iqtisadi əlaqələrin formalaşmasına qarşı fəaliyyət göstərir”.
Sayt yazır ki, Cənubi Qafqazın münaqişə məntiqindən inkişaf məntiqinə keçmək üçün unikal şansının olduğu bir vaxtda Tbilisinin davranışı bu keçidi ləngitmək cəhdi kimi görünür.
Azərbaycan-Gürcüstan mübahisəsinin kökləri sentyabr ayına, Gürcüstanın sərhəd-keçid məntəqələrində azərbaycanlı yük maşını sürücülərinə təzyiq göstərməsi ilə bağlı şikayətlərin Bakıya çatmağa başladığı vaxta gedib çıxır.
“Caliber”də dərc edilən məqalədə "sürücülərin aydın səbəblər olmadan dayandırıldığı" və uzun gecikmələr yaşandığı iddia edilir.

Məqalədə qeyd olunur ki, bir neçə azərbaycanlı yük maşınının sürücüsünə Gürcüstan sərhəd rəsmiləri planlaşdırılmış TRIPP dəhlizinə işarə olaraq “Zəngəzurdan keçin!” - deyiblər.
“Gürcüstanın regional logistika sahəsində onilliklər boyu inhisarçılığı fonunda, hətta alternativ marşrutun mümkünlüyü Tiflisdə ağrılı inkişaf kimi qəbul edilir”, - “Caliber” hesabatında qeyd olunur.
Dekabrın əvvəlində sərhəd məsələləri üzrə birgə komissiyanın iclasından sonra gərginlik artıb. Xəbər verildiyi kimi, həmin görüşdə Bakı neft və neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracı məsələsini qaldıraraq, Gürcüstandan bu daşımalara görə tranzit rüsumlarının müəyyən edilməsini xahiş edib.
“Minval Politika” yazır ki, Tbilisinin “sülhü pozmağa” hesablanmış mövqeyinə görə, Gürcüstan rəsmiləri Bakının digər malların tranziti üçün artıq ödədiyi tariflərdən qat-qat yüksək tarif dərəcəsi ilə geri qayıdıblar.
Gürcüstan rəsmiləri maneəçilik iddialarını rədd edib. Baş nazir İrakli Kobaxidze təkid edib ki, "yalnız bir yük maşını gecikdi. Bu da müəyyən səbəbdən". O, Gürcüstanın “bütün mümkün çətinliklərlə bağlı çox mehriban söhbətə hazır olduğunu” bildirib.
Daha sonra Kobaxidze Gürcüstan Dəmir Yollarına birdəfəlik xoşməramlı jest olaraq Azərbaycan yanacağının Ermənistana tarifsiz daşınmasını asanlaşdırmağı əmr edib. İqtisadiyyat Nazirliyinin bəyanatında deyilir:
“Biz həmişə regionda sülhün və əməkdaşlığın tərəfdarı olmuşuq və edirik”.
Amma bu jest Bakını sakitləşdirmədi.
“Minval Politika”-nın dekabrın 10-da dərc etdiyi şərhdə Azərbaycanın hələ də “birdəfəlik xoş niyyət jestləri” deyil, “ciddi yanaşma” gözlədiyi iddia edilir. O, daha sonra elan edib ki, Azərbaycan Gürcüstanın “tarif demarşına” cavab olaraq Sovet dövründən Ermənistan sərhədinə olan dəmir yolu əlaqəsini bərpa etməyi düşünür.
“Minval”ın məqaləsində həmçinin güman edilirdi ki, Gürcüstanın Rusiya ilə dərinləşən əlaqələri Tbilisinin mövqeyində rol oynaya bilər, bu mövzunu ilk dəfə “Caliber” nəşri qaldırıb. Rusiya 2025-ci ildə Avropa İttifaqı və ABŞ ilə əlaqələrini gücləndirmək üçün mühüm addımlar atan Ermənistan üzərində dominant ticarət mövqeyini saxlamaqda xüsusilə maraqlıdır.
Bu ilin əvvəlində Gürcüstan gömrükçüləri Ermənistanda qiymətlərin qalxdığı bir dövrdə erməni yük daşımalarını pozmaqda ittiham olundular. Bəzi müşahidəçilər o vaxt Tbilisinin İrəvana təzyiq göstərmək üçün Moskva ilə əməkdaşlığını iddia edirdilər ki, Qərbə doğru geosiyasi sürüşməni yumşaltsın.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır