Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
SOCAR-a yeni müşavir təyin edilib
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
İrana hansı ssenari tətbiq olunacaq?
ABŞ Mars yarışında Çinə uduza bilər
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Tarix: 07-01-2026 10:06 | Bölmə: Slayd

Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanında yaradılan platformada iştirak üçün Rusiya demokratik qüvvələrinin təmsilçisi olan ən azı 50 siyasətçi müraciət edib.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, müraciət edənlər arasında Mixail Xodorkovski, Yekaterina Şulman, Yevgeniya Çirikova, Marat Qelman, Harri Kasparovla bərabər Vladimir Kara-Murza, İvan Jdanov və Lyubov Sobol da var.
Real namizədlərin sayı daha çox ola bilər. Çünki hələlik bütün siyasətçilərin müraciəti açıq şəkildə elan edilməyib.
Platformanın yekun tərkibini AŞPA Bürosu müəyyənləşdirəcək. Bu qurum Rusiya demokratik qüvvələri ilə dialoqa başlamaq barədə qətnaməni 2025-ci ilin oktyabrında qəbul etsə də, ümumi dialoqun formatı indiyədək açıqlanmayıb.
Bununla belə, bu proses fonunda Rusiya müxalifətində parçalanma yaranıb. Putin rejiminə qarşı mübarizə aparan bir qrup rusiyalı müxalifətçinin təşəbbüsü ilə yaradılmış "Korrupsiyaya Qarşı Mübarizə Fondu" platformada iştirakdan imtina edib. Onların iddiasına görə, AŞPA platformasına qatılacağı gözlənilən, Rusiyanı təmsil edən müxalifyönümlü iştirakçıların bu cür qapalı prosedurla seçilməsi "demokratik prinsiplərə zidd" addımdır.
Fondun təmsilçiləri bəyan ediblər ki, onlar Putin Rusiyasına qarşı mübarizəni indən sonra da qətiyyətlə davam etdirmək əzmindədirlər, lakin Antimüharibə Komitəsi tərəfindən hazırlanmış Berlin Bəyannaməsi siyasi baxışları ilə uyğunsuzluq yaratdığına görə, bu sənədi imzalamaqdan qəti şəkildə imtina edirlər.
"Korrupsiyaya Qarşı Mübarizə Fondu"ndan bildiriblər ki, Berlin Bəyannaməsi siyasi bir sənəd kimi "manipulyasiya aləti"dir.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır