Zelenski gələn həftə Trampla görüşə bilər
Tarix: 09-01-2026 00:03 | Bölmə: Slayd

Zelenski gələn həftə Trampla görüşə bilər

Ukrayna prezidenti Vladimir Zelenskinin gələn həftə ABŞ lideri Donald Trampla görüşü gözlənilir. Görüş Davosda və yaxud ABŞ-a reallaşa bilər.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı “Axios” nəşri Ukrayna rəsmilərindən öyrənib.

Bildirilir ki, Zelenskinin gələn həftə Trampla görüşmək və təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanı yekunlaşdırmaq üçün ABŞ-a səfər etməsi ehtimal olunur.

Başqa bir seçim isə Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı iki liderin görüşüdür.

Qeyd edək ki, yanvarın 7-də Ukrayna nümayəndə heyəti Parisdə ABŞ təmsilçiləri ilə görüşüblər.

Ukrayna komandası həmçinin ABŞ, NATO, Avropa Komissiyası və Avropa Şurasının iştirakı ilə Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Türkiyənin milli təhlükəsizlik müşavirləri ilə məsləhətləşmələr aparıb.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
8-01-2026, 15:17 İranda nə baş verir?