Günəşdə partlayış baş verib
Tarix: 09-01-2026 08:49 | Bölmə: Slayd

Günəşdə partlayış baş verib

Dünən günorta vaxtı Günəşdə böyük partlayış prosesi qeydə alınıb.

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Mütəxəssislər koronoqrafiya məlumatlarını təhlil edərək, maddənin kosmosa geniş miqyasda yayılmasını müşahidə ediblər.

Tədqiqatçıların aydınlaşdırdığı kimi, alovun mənbəyi hazırda yerüstü müşahidəçilərin görmədiyi və peyklər tərəfindən birbaşa monitorinq üçün əlçatan olmayan tərəfdə yerləşir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
8-01-2026, 15:17 İranda nə baş verir?