Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
SOCAR-a yeni müşavir təyin edilib
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
İrana hansı ssenari tətbiq olunacaq?
ABŞ Mars yarışında Çinə uduza bilər
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Tarix: 09-01-2026 09:56 | Bölmə: Slayd

Sürətlə inkişaf edən süni intellekt nəticəsində üç il ərzində elmi tədqiqatlar indiki formasını tam itirəcək. Təxminən on ildən sonra isə nəzəri fizika demək olar ki, insan fəaliyyəti kimi sona çatacaq.
Reyting.az xəbər verir ki, bunu nəzəri fizika və elm populyarizatoru üzrə ixtisaslaşmış alim Sabina Hossenfelder müasir dünya elmi ilə bağlı danışarkən deyib.
Elm adamının iddiasına görə, yaxın zamanlarda laboratoriyaları, tələbələri, postdokları daha ucuz və sürətli süni intellekt agentləri əvəz edəcək.
Araşdırmalar göstərir ki, insanların 53 faizi artıq süni intellektdən tamamilə sərbəst şəkildə istifadə edir, elmlə məşğul olan və gənc nəsli təmsil edən alimlər arasında isə bu göstərici 87 faizdir. Hətta ABŞ-da fəaliyyət göstərən nüfuzlu Massaçusets Texnologiya İnstitutu və Oksford Universiteti bir müddətdir ki, əməkdaşlarına, tələbələrə "ChatGPT"-nin korporativ versiyalarını təqdim ediblər.

Sabina Hossenfelder
Fizik kimi dəqiq faktlara istinad edən Sabina Hossenfelder xatırladıb ki, bir müddət əvvəl "Science" jurnalında Kornell Universiteti tədqiqatçılarının müəllifliyi ilə dərc olunmuş araşdırmalara əsasən, süni intellekt amerikalı alimlərin məhsuldarlığını 30-50 faiz, digər dünya ölkələrində 50-90 faiz artırıb.
Fizik həmçinin vurğulayıb ki, ABŞ-da 2025-ci ildə işə salınmış "Genesis" proqramı da elmi kəşflərin süni intellekt ilə sürətləndirilməsini hədəfləyir.
S. Hossenfelder risklərə də diqqət çəkib. Alim deyib ki, məqalələrin sayı daha da artacaq, eyni zamanda elmi əsərləri qiymətləndirəcək mütəxəssislər çatışmayacaq. Əks təqdirdə bunların fonunda bərabərsizlik dərinləşə bilər.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır