Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
SOCAR-a yeni müşavir təyin edilib
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
İrana hansı ssenari tətbiq olunacaq?
ABŞ Mars yarışında Çinə uduza bilər
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Tarix: 09-01-2026 17:34 | Bölmə: Slayd

“İranda ciddi ixtişaşlar və etiraz aksiyaları baş verir. Tehran bazarından başlayan etirazlar tədricən ölkənin əksər vilayətlərinə yayılıb. Son günlərə qədər Güney Azərbaycan şəhərlərində müəyyən narahatlıqlar müşahidə olunsa da, soydaşlarımız proseslərə fəal şəkildə qoşulmurdu. Artıq Güney Azərbaycan şəhərlərində də etirazlar başlayıb. Etirazların əsas səbəbi İranın milli valyutasının kəskin dəyər itirməsi və xarici valyutaların məzənnəsinin bahalaşmasıdır. Sosial-iqtisadi vəziyyət əhalinin narazılığına səbəb olub, sonrakı mərhələdə isə etirazlar genişlənərək bir sıra yerlərdə ixtişaşlara çevrilib”.
Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında hüquqşünas və siyasi təhlilçi Əli Mustafa bildirib.
Əli Mustafa qeyd edib ki, artıq İranın bir sıra şəhərləri etirazçıların nəzarətinə keçib:
“Prosesin gedişində ixtişaşlar baş verir, ölənlər, yaralananlar və həbs olunanlar var. Təxmini hesablamalara görə, 50-yə yaxın insan həyatını itirib, təxminən 2 min nəfər saxlanılıb. Etirazların ilkin mərhələsində hüquq-mühafizə orqanları nisbətən təmkinli davranırdısa, hazırda daha sərt müdaxilələr müşahidə olunur, insanlara atəş açıldığı barədə məlumatlar yayılır”.
Ə. Mustafanın sözlərinə görə, İran prezidenti Məsud Pezeşkian təmkinli yanaşmanın tərəfdarı olsa da, rejim özünü qorumaq üçün daha sərt tədbirlərə əl ata bilər.
Siyasi təhlilçi xatırladıb ki, ABŞ prezidenti Donald Tramp da İranda baş verən hadisələrə münasibət bildirib. Tramp qeyd edib ki, dinc etirazçılara qarşı zorakılıq davam edərsə, ABŞ ciddi tədbirlər görə bilər.
Ə. Mustafa son günlər ABŞ hərbi təyyarələrinin şərq istiqamətinə hərəkəti ilə bağlı yayılan məlumatlara da diqqət çəkib:
“Xalqa qarşı silah işlədən İran rejiminə münasibətdə müəyyən addımların atılması mümkündür. Həmçinin ali dini lider Seyid Əli Xamnəiyə qarşı da konkret tədbirlərin görülməsi ehtimalı istisna edilmir. Bu, daha çox prezident Trampın qərarından asılı olacaq”.
Onun fikrincə, etirazların əvvəlində əsasən sosial-iqtisadi tələblər irəli sürülsə də, hazırda siyasi şüarlar daha çox səslənir:
“İslam rejiminin ləğvi, ali dini liderin istefası kimi tələblər açıq şəkildə ifadə olunur. İranda baş verən proseslər getdikcə daha ciddi xarakter alır. Hökumətin səylərinə baxmayaraq, etirazlar səngimir. Görünən odur ki, İranda hər cür ssenari mümkündür”.
Ə. Mustafa hesab edir ki, İran daxilində siyasi sistemin dəyişdirilməsi tələbi güclənib və bu istəyin xaricdə də tərəfdarları var:
“Azərbaycan və Türkiyə İranda baş verən prosesləri daha diqqətlə izləməlidir. Çünki bu ölkədə təxminən 50 milyon soydaşımız yaşayır. Oradakı azərbaycanlıların təhlükəsizliyi bizim üçün xüsusi əhəmiyyət daşıyır. İnsan hüquqları universal anlayışdır və hər yerdə qorunmalıdır. Əgər İranda siyasi dəyişikliklər baş verərsə, oradakı türklərin siyasi maraqlarının müdafiəsinə daha ciddi dəstək göstərilməlidir”.
Nemət ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər
















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır