Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
SOCAR-a yeni müşavir təyin edilib
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
İrana hansı ssenari tətbiq olunacaq?
ABŞ Mars yarışında Çinə uduza bilər
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Tarix: 09-01-2026 19:26 | Bölmə: Slayd

“Rusiyaya baxdıqda ABŞ-nın mövqeyini müəyyən mənada başa düşmək olar. Rusiya bütövlükdə Ukraynanı işğal etmək, onun dövlətçiliyini məhv etmək və dünya tərəfindən tanınan bir dövləti yer üzündən silmək istəyir. Bu müharibəyə başlamaqla bir milyona yaxın ukraynalının həyatına son qoyub. ABŞ isə Venesuelada konkret bir şəxsi - prezident Nikolas Maduronu hədəfə alıb. ABŞ bunu onun milli təhlükəsizliyinə təhdid yaratması ilə əsaslandırır. Üstəlik, Maduro ikinci dəfə prezident seçiləndə ABŞ və Avropa ölkələri onu tanımayıb. Yəni ABŞ-nın mövqeyinə görə, Maduro legitim prezident deyil. Hüquqa əsasən, qeyri-qanuni proseslərin nəticələri də qeyri-qanuni sayılır. Bu baxımdan Trampın addımı legitimliyi tanınmayan prezidentə qarşı tədbir kimi qiymətləndirilə bilər”.
Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, bəzən əlində silah, güc və polis olan hakimiyyətlər idarəetməni sivil şəkildə həyata keçirmək əvəzinə dünyaya təhdid yaradır:
“Səhv etmirəmsə, Maduro qonşu Qayana qarşı ərazi iddiası irəli sürmüşdü. Bu, vaxtilə İraq prezidenti Səddam Hüseynin Küveytə iddia qaldırması və hücum etməsi ilə oxşardır. ABŞ-nın təzyiqindən sonra həmin proses dayandırıldı”.
Cəlaloğlu bildirib ki, Maduronun həbsindən sonra əsas diqqət Venesuela xalqının reaksiyasına yönəlməlidir:
“Ölkə faktiki olaraq ikiyə bölünüb. Əhalinin bir hissəsi Maduronun həbsini bayram kimi qeyd edir, digərləri isə bunu qanunsuz, beynəlxalq hüquqa zidd və Venesuelaya qarşı cinayət hesab edir. ABŞ-nın özündə də bu məsələyə münasibət birmənalı deyil - bəzi konqresmenlər bu addımı tənqid edirlər. Avropada da oxşar vəziyyət var: bəzi ölkələr bunu təqdir edir, digərləri isə pisləyir. Ona görə də bu hadisəyə birmənalı qiymət vermək çətindir”.
ADP sədri qeyd edib ki, ABŞ hər hansı ölkədə özünə təhlükə görərsə, ora müdaxilə edə, təhlükənin qarşısını almağa çalışa bilər. Lakin bunun beynəlxalq hüquq çərçivəsində əsaslandırılması vacibdir. Onun sözlərinə görə, hazırda Maduro ilk növbədə narkotik ticarətində ittiham olunur ki, bu da ABŞ tərəfindən milli təhlükəsizlik üçün təhdid kimi dəyərləndirilir.
“Digər tərəfdən, ABŞ Venesuela neftinə nəzarət etmək niyyətindədir. Maduro isə Rusiya, Çin və İran kimi ABŞ-nın rəqibləri ilə sıx əlaqələr saxlayırdı. O, apardığı siyasətin beynəlxalq hüquqa uyğun olmadığını özü də anlayırdı. Maduronun davranışları bir çox məqamda Səddam Hüseyni xatırladır: gücü olmadığı halda ABŞ-a meydan oxumaq, onu hədələmək, Çinə, İrana, Şimali Koreyaya və Rusiyaya səfər edərək dəstək nümayiş etdirmək və s.”, - deyə Cəlaloğlu vurğulayıb.
Cəlaloğlu Türkiyənin mövqeyini də maraqlı hesab edir:
“Türkiyə Venesuela ilə əməkdaşlıq edirdi, lakin Maduronun həbsi ilə bağlı sərt və səs-küylü reaksiya vermədi. Çünki Bayden administrasiyası dövründə ABŞ Türkiyədə Ərdoğan hakimiyyətini zəiflətməyə, Amerikaya uyğun bir iqtidar formalaşdırmağa çalışırdı. FETÖ məsələsi də bunun tərkib hissəsi idi. Həmin dövrdə Maduro da ABŞ əleyhinə mövqedə idi və Türkiyə onu dəstəkləyirdi. İndi isə Tramp administrasiyası ilə Türkiyə hakimiyyəti arasında münasibətlər xeyli yaxşıdır. Bu baxımdan Türkiyə dövlət maraqlarını nəzərə alaraq Maduronun həbsi ilə bağlı kəskin reaksiya vermir. Siyasətdə əbədi dost və düşmən yoxdur, yalnız maraqlar var”.
ADP sədri hesab edir ki, Azərbaycan da böyük güclərin qarşıdurmalarında tərəf tutmamalıdır:
“Biz qlobal güclərin oyunlarına qarışmamalıyıq. Rusiyanın Ukraynada etdikləri daha dəhşətli və açıq-aşkar beynəlxalq hüquqa ziddir. Trampın addımlarını da alqışlamaq olmaz. Amma Venesuela əhalisinin bir hissəsi bu hadisəni müsbət qarşılayır. Əgər bütün Venesuela xalqı küçələrə çıxıb Maduronu müdafiə etsəydi, vəziyyət başqa cür olardı. Hazırda ən doğru yol prosesləri diqqətlə izləməkdir”.
Nemət ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər
















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır