Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
Bakıda liseydə şagird müəllimi güllələyib - (Yenilənib-4)
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Bermud üçbucağının sirri açılır
Azərbaycan Rusiyaya nota verib
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
İki həkim həbs edilib - Məhkəmə zalında
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
Tarix: 13-01-2026 13:01 | Bölmə: Slayd

Çeçenistan lideri Ramzan Kadırovun səhhətinin ağırlaşması Kremlin bu qeyri-sabit Rusiya respublikasında hakimiyyətin problemsiz ötürülməsini təmin etmək üçün fəal şəkildə alternativlər axtarmasına səbəb olub.
Reyting.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayıb.
Məlumata görə, özünü Rusiya prezidenti Vladimir Putinin “sıravi əsgəri” adlandıran Kadırov kəskin mədəaltı vəzi nekrozu və böyrək problemlərindən əziyyət çəkir. Son aylarda onun ictimaiyyət qarşısında çıxışları xeyli seyrəlib. Kadırov sonuncu dəfə bir həftədən də çox əvvəl əsa ilə yeriyərkən görüntülənib.
Bildirilir ki, 2007-ci ildən bəri Çeçenistana rəhbərlik edən 49 yaşlı Kadırov ötən həftə - 25 dekabrda Putinin sədrliyi ilə keçirilən Dövlət Şurasının iclasında iştirak etmək üçün Moskvada olarkən xəstəxanaya yerləşdirilib. O, iclasda iştirak etməyib və Kremlin yaydığı rəsmi fotoşəkillərdə görünməyib. Çeçenistan rəsmiləri, daha sonra isə Kadırov bu məlumatları təkzib edib.
İddialara görə, Çeçenistan liderinin vəziyyəti son günlər kəskin şəkildə pisləşib və o, hazırda Çeçenistanda yerləşən özəl klinikada dializ müalicəsi alır. Xaricdə yaşayan qohumları da daxil olmaqla, klan üzvlərinin xəstəxanaya toplaşdığı bildirilir.
Qeyd olunur ki, varislik məsələsi həm ailəsinin uzunmüddətli təhlükəsizliyini təmin etmək istəyən Kadırov, həm də əsasən müsəlman respublika üzərində maksimum nəzarəti saxlamağa çalışan Kreml üçün həyati əhəmiyyət daşıyır.
Məlumata əsasən, Kadırov ailəsinin təxminən 100 üzvü Çeçenistan administrasiyasında müxtəlif vəzifələr tutur. Bu göstəricinin Rusiyada vəzifəli şəxslər arasında ən yüksək rəqəm olduğu vurğulanır. Rusiyalı jurnalistlərin fikrincə, bu siyahıda ikinci yerdə prezident Putin qərarlaşıb - onun 26 qohumu rəhbər vəzifələrdə təmsil olunur.

Jurnalistlər yazır ki, Kadırov üçüncü oğlu, 18 yaşlı Adamı varisi kimi hazırlayır. Adam həm zahiri görünüşü, həm də sərt davranış tərzi ilə atasına bənzədilir və son aylarda Təhlükəsizlik Şurasının katibi də daxil olmaqla, bir sıra titul və vəzifələrə layiq görülüb.
Kadırovun digər oğlu Əhməd Kadırov da administrasiyanın ən çox mükafatlandırılan üzvlərindən sayılır. İdman və Regional Gənclər İşləri Nazirliyinə rəhbərlik edən Əhməd Kadırov bu ay Çeçenistanın baş nazirinin müavini təyin edilib.
Qafqaz üzrə ekspert Harold Çambersin sözlərinə görə, ailə üzvlərinin yüksək postlara təyinatı Rusiya kəşfiyyat dairələrinin Kadırov rejimini daha mülayim fiqurla əvəz etmək niyyətindən irəli gələn artan təhdidlərə cavabdır: “Bu amil və səhhətinin pisləşməsi Kadırovu oğullarının siyasi yüksəlişini sürətləndirməyə vadar edir”.
Bununla yanaşı, Moskvada Kadırovun mümkün varisi kimi çeçen hərbi komandiri Apti Alaudinovun və ya sərt xətt tərəfdarı olan çeçen parlament üzvü Adam Delimxanovun dəstəkləndiyini düşünənlər də var.
İddialara görə, ciddi səhhət problemləri səbəbindən Kadırovun yerinə alternativ namizədlər axtarılır. Bu namizədlər arasında onun böyük oğlu Axmat Kadırov, Çeçenistanın baş naziri Maqomed Daudov və “Axmat” dəstəsinin komandiri Apti Alaudinovun da adları çəkilir.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək