Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
Bakıda liseydə şagird müəllimi güllələyib - (Yenilənib-4)
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Bermud üçbucağının sirri açılır
Azərbaycan Rusiyaya nota verib
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
İki həkim həbs edilib - Məhkəmə zalında
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
Tarix: 14-01-2026 14:24 | Bölmə: Slayd

“İrandakı proseslər ötən il başa çatmalı idi. Lakin hansısa səbəbdən ABŞ və İsrail bu ölkə ilə bağlı planlarını təxirə saldılar. İndi isə müşahidə etdiyimiz odur ki, Pəhləvilərin davamçıları ortaya çıxır, onların bayrağı qaldırılır və bu proseslər sistemli şəkildə həyata keçirilir”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev İranda baş verən etiraz aksiyaları və ABŞ-nın İslam Respublikasına qarşı ata biləcəyi addımlardan danışarkən deyib.
C. Nuriyev bildirib ki, tarixən İranda ilk etiraz edənlər əsasən farslar olur, azərbaycan türkləri isə daha səbirli mövqe nümayiş etdirirlər:
“Bu, onu göstərir ki, farslar hakimiyyətə gəlməlidirlər və ABŞ da məhz bunu istəyir. Sözsüz ki, Amerikanın çoxşaxəli planları var idi, lakin onların bir hissəsi alınmadı. Məncə, bu kontekstdə Rza Pəhləvi də kənarda qaldı. Çünki ABŞ rəhbərliyi gördü ki, onun İranda ciddi təsir imkanları yoxdur. Ehtimal edirəm ki, Vaşinqton hazırda İranda yeni lider axtarışındadır”.
Professorun iddiasına görə, ABŞ sonda İranda istədiyini edəcək və planını reallaşdıracaq:
“ABŞ həm İran neftinə sahib olacaq, həm də İranın Rusiya və Çinlə münasibətlərini pozacaq. Paralel olaraq Yaxın Şərqdə İsrail dövləti güclənməli və onun təhlükəsizliyi təmin olunmalıdır. Məncə, hazırda bu məsələlər Trampın İran siyasətinin əsas prioritetləridir”.
C. Nuriyevin fikrincə, Venesuela siyasətindən sonra aydın oldu ki, Tramp üçün beynəlxalq münasibətlər, hüquq, eləcə də ölkələrin təhlükəsizliyi kimi faktorlar əsas rol oynamır. Onun sözlərinə görə, İranda zorakılıqlar bir qədər də davam edərsə, ABŞ bu ölkəyə müdaxilə edə bilər.
“İrandakı mollaların real nüfuzu yoxdur. ABŞ hərəkətə keçən kimi onlar rejimi tərk edəcəklər. Mollaların böyük hissəsi İranın şərq bölgələrinə çəkiləcək və son mərhələdə Əfqanıstan və Pakistana keçəcəklər. Bu, mümkün ssenarilərdən biridir”,- deyə professor bildirib.
C. Nuriyev hesab edir ki, İranda başlayan proseslər dayanmayacaq:
“Məncə, soydaşlarımız bu prosesə qoşulmasalar və prezident Pezeşkian rejimi müdafiə etsə belə, ABŞ İranla bağlı planını həyata keçirəcək. Bu baxımdan soydaşlarımız da daha fəal və ayıq-sayıq olmalıdırlar”.
Professor qeyd edib ki, hələ 1997-ci ildə Vaşinqtonun İranla bağlı xüsusi layihəsi olub. Həmin layihəyə əsasən, İranın beş yerə parçalanması, mərkəzdə əsasən farsların yaşadığı ərazidə isə kiçik İran dövlətinin yaradılması nəzərdə tutulurdu:
“İran öz taleyindən qaça bilməyəcək”.
C. Nuriyev əlavə edib ki, İranın ali liderinin on milyardlarla dollar dəyərində sərvətə malik olduğu bildirilir və onun yaxın qohumlarının digər ölkələrdə rahat həyat sürdüyü deyilir:
“Bu vəziyyət dəyişməyəcək. Mən daha çox soydaşlarımızın taleyindən narahatam. Bu baxımdan onlar maksimum dərəcədə ayıq-sayıq olmalıdırlar”.
Nemət ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək